Əsas səhifə Məqalələr Maraqlı McDonalds’dan yeni icad – Kartofçəngəl

McDonalds’dan yeni icad – Kartofçəngəl

978
Paylaş
“McDonalds” free-kartofdan xüsusi çəngəl icad edib. Məlumata görə bu çəngəllər burgerlərdən axan sousu toplamaq üçün lazımdır. “Çəngəl” plastik əsaslı xüsusi dəlikdən ibarətdir.
Dəliklərə bir neçə dilim free-kartof salınır. Bu dilimlərin köməyi ilə müştəri burgerdən axan sousu yeyə bilər.
İcad “Frork” adı alıb (Kartofçəngəl). Bu ad iki ingilis sözünün birləşməsindən alınıb – “fries” (free-kartof) və “fork” (çəngəl).
“Çəngəl” restoranlar şəbəkəsində burgerlərin çeşidlərinin genişlənməsi ilə bağlı gündəmə gəlib. Yaxın gələcəkdə “McDonalds” üç yeni burger satışına başlayacaq. Bu burgerlərin sousu daha çox olacaq və qonaqlar əllərini çirkləndirə bilərlər. “Çəngəl” yeni burgerlərlə eyni komplektdə gedəcək.
“Kartofçəngəl” mayın 5-dən satışa çıxacaq. Onu ABŞ-ın bir neçə restoranında almaq mümkün olacaq.