McDonald’s Çindəki səhmlərini satır

Date:

Paylaş:

Amerikanın fast food nəhəngi McDonalds, Çin və Hong Kongdakı 2.08 milyard dollarlıq səhmini dövlətin sahib olduğu Citic and the Carlyle Groupuna satmaq qərarı alıb. Bunun Amerikadakı böyümək nisbətləri istədiyi kimi getməyən McDonalds üçün xilasedici addım kimi atıldığı düşünülür.

Mcdonalsda son zamanlar işlər həm yolunda getmir həm də zəifləməyə başlayıb. 2014-ci il ilə nisbətən 2015-ci ildə 7 faizlik gəlir itgisi yaşayan McDonalds qazancını 25.4 milyard dollar olaraq açıqlamışdı. 2016-cı ilin ilk üç rübündə isə bu rəqəm 18.6 milyard dollar olaraq ifadə edilmişdi. Bu rəqəmlərə baxıldığında fast food nəhənginin enişdə olduğu açıq-aşkar ortadadır.

Yeni il ilə birlikdə isə McDonalds vəziyyəti tərsinə çevirmək üçün planlar axtarmağa başlamış və həll yolunu Çində tapmışdı. Çindəki əməliyyatlarının 80 faizlik hissəsini satmağı qərarlaşdıran McDonalds, Çin hökumətinin sahib olduğu şirkət Citic Capital Holdings və müstəqil özəl şirkət Carlyle Groupla razılaşma əldə edib. Wall Street Journala görə buradan gələcək böyük miqdarda vəsaitlə digər ölkələrdəki əməliyyatlarını möhkəmləndirməyi hədəfləyirlər.

McDonalds’ın Çində 2200-ə yaxın şöbəsi var və bunların çoxunun françayz olduğu məlumdur. McDonaldsın bu sistemdən ciddi şəkildə qazanc təmin edəcəyini düşünsək satın alınan hissələrdən sonra françayzinq sistemini böyütmək istəməsi normal qarşılana bilər. Bu səbəblə də satın alınan hissələrdən sonra Çinli qrup da qalan şöbələri françayz sisteminə çevirmək qərarı aldı.

McDonaldsın Çindən çəkilmək üçün razılaşma əldə etdiyi xəbərləri 2016-cı ilin iyun ayından gəlməyə başlamışdı. Şirkət Yaponiya, TayvanCənubi Koreyadakı əməliyyatlarını da azaltmaq qərarı almışdı.

Çində rəqabət etməkdə çətinlik çəkdi

McDonalds, Çinli Yum Holdinqin sahibi olduğu Pizza Hut, KFCTaco Bell kimi markalardan geridə qalmağa başlamışdı. İki tərəf üçün də çətin bir mövqe olan Çində yemək təhlükəsizliyi və yerli qüvvələrlə rəqabət etmək artıq çox çətindir.

Karides Burger Çində sevilən marka olsa da dünyada çox tərcih edilən marka sayılmır. Qida nəhəngi keçən il Çin və Hong Kongdakı 2600 restoranı satmağı planlaşdırdığını söyləmişdi.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...