Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri “McDonald’s” “Big Mac”dan məhrum olub

“McDonald’s” “Big Mac”dan məhrum olub

255
Paylaş

Avropa İttifaqının intellektual mülkiyyət üzrə təşkilatı (EUIPO) “McDonald’s” korporasiyasını 1996-cı ildə bəri mövcud olan “Big Mac” əmtəə nişanı üzrə eksklüziv mülkiyyət hüququndan məhrum edib.

“Bizplus.az” “Oxu.Az”-a istinadən xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Korporasiya İrlandiyanın “Supermac’s” “fastfood” restoranlar şəbəkəsinə qarşı iddia əsasında 2015-ci ildən bəri davam edən məhkəmə prosesində uduzub. Şirkətdə heç vaxt “Big Mac” adlı məhsul olmayıb. Məhkəmə mübahisəsi “McDonald’s” şirkətinin irland franşizasının Böyük Britaniya və Avropa İttifaqı ərazisində genişlənməsinə mane olmağa çalışmasından sonra meydana gəlib.

“McDonald’s” vəkilləri Avropa İttifaqında “Big Mac” burgerlərinin satıldığını sübuta yetirmək üçün müxtəlif reklam və qablaşma nümunələrini, həmçinin, “Vikipediya” açıq onlayn ensiklopediyasından çıxarışlar təqdim edib. Ancaq EUIPO, həqiqətən, son beş il ərzində “Big Mac” əmtəə nişanından istifadə etdiyinə dair hər hansı tutarlı dəlil gətirə bilmədiyini qət edib.

Qərara əsasən, digər “fast-food” şirkətləri də Avropa İttifaqı ərazisində rahat şəkildə “Big Mac” adından istifadə edə və onu öz menyusuna qata biləcək. Korporasiyanın qərardan yuxarı instansiya məhkəməsinə şikayət edəcəyi gözlənilir.