“McDonald”ın Azərbaycandakı törəmə şirkəti “McDonald’s Azərbaycan” QSC-nin İdarə Heyətinə yeni sədr təyin edilib.
Belə ki, dəyəri təxminən 30 mln. manat olan “McDonald’s Azərbaycan”a 2020-ci ilin fevralından etibarən Oscar Bogopolski (Oskar Boqopolskiy Vadimoviç) rəhbərlik edir.
Adıçəkilən şirkətdə 2014-cü ildə maliyyə meneceri kimi fəaliyyətə başlayan O.Bogopolski 2017-ci ildən bu günə qədər orada Baş maliyyə inzibatçısı vəzifəsinə qədər yüksəlib.
Oscar Bogopolski ali təhsilini Azərbaycanda bitirib. İngilis, Rus və eləcə də Azərbaycan dillərini bilir.
Qeyd edək ki, 2019-cu ilin sentyabr ayında qapalı səhmdar cəmiyyət kimi fəaliyyət göstərəcəyini elan etmiş “McDonald’s Azərbaycan” şirkətinə yeni gənc rəhbərə qədər idarəçiliyi Maqsud Mirzəyev həyata keçirirdi.
Xatırladaq ki, fast-food restoranları şəbəksi olan “McDonald” 1999-cu ildən Azərbaycan bazarındadır və sözügedən Səhmdar Cəmiyyətin nizamnamə kapitalı da hazırda 28,45 mln. manat təşkil edir.