Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri McDonald’s altı ayda üçüncü texnoloji startapı qazanıb

McDonald’s altı ayda üçüncü texnoloji startapı qazanıb

24

McDonald’s “fast food” restoranlar şəbəkəsi, Apprente süni zəkası əsasında səsli texnologiyaların işlənib hazırlanması üzrə şirkəti əldə edib.

Səsli idarəetmə texnologiyası “MakAvto” müştəriləri və mobil telefon vasitəsilə sifariş verənlər üçün sifarişləri avtomatlaşdırmağa imkan verir. Proqram bir neçə dili tanıyır. Belə gözlənilir ki, o, nəinki sifarişi gözləmə vaxtını həm də  personal sayını azaldacaq.

Texnologiyanın yaradıcısı Silikon Vadisindən gənc Apprente startapı olub. TechCrunch xəbər verir ki,  McDonald’s texnologiyaya səhmləri iki dəfə artırmağa çalışır : Apprente proqramçılar komandası, McD Tech Labs-ın vitse-prezidenti Itamar Arel-in rəhbərlik etdiyi McD Tech Labs laboratoriyasının yeni bölməsinin əsas sütunu olacaq. Şirkət mühəndislər, verilənlərin emalı üzrə mütəxəssislər və digər texniki ekspertlər ştatını genişləndirməyə hazırlşır.

2019-cu ilin martında McDonald’s Dynamic Yield startapını dinamik menyu yaratmaq üçün 300 milyon dollardan baha qiymətə aldı. Bunu, şəbəkənin son 20 il ərzindəki işləri içərisində ən böyük əməliyyat adlandırıblar. Apreldə şirkət Plexure mobil tətbiqinə investisiya ayırıb.

Rəy bildir

Please enter your comment!
Please enter your name here