McCafé tərzini və loqotipini yeniləyib

Date:

Paylaş:

McDonald’s-a məxsus qəhvə şəbəkəsi McCafé tərzini və loqotipini dəyişməklə on illiyni qeyd edib.

İndi artıq qəhvə məkanlarında qızılı rəngli fincanlardan istifadə olunacaq – yüksək keyfiyyətli qəhvəyə  işarə kimi. Dəyişiklik digər qablaşdırmaya da aiddir. Loqotipidə isə ciddi bir dəyişim olmayıb, o, daha oxunması rahat şəkilə gətirilib və altından xətt götürülüb. Şirkətin sloqanı da dəyişib və artıq belə səslənir: “Good is Brewing”.

“Uzun illərdir biz McCafé brendi ilə qarşılıqlı əlaqələr təcrübəsini inkişaf etdirməyə çalışır və məqsədimiz çeşidliliyi artırmaq və ya kafedə xidmətin təkmilləşdirilməsidir. Bu son yenilik brendin müasirləşdirilməsində və inkişafının təmin olunmasında atdığımız addımdır. Biz qəhvəni çox sevirik və ilk öncə ona diqqət edəcəyik ki, McCafé bu içkini sevənlər üçün cəlbedici bir məkan olsun” – McDonald’s-ın qida işləri üzrə vitse-prezidenti Linda VanGosen deyib.

Hələ ki, yenilənmiş dizayn və qızılı fincanlar yalnız ABŞ istifadəçiləri üçün keçərlidir. Digər ölkələrə nə zaman aid ediləcəyi isə hələ ki məlum deyil.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...