Maliyyə Bazarlarına Nəzarət Palatasını (MBNP) cari ilin mayında tərk edən Aytən Hüseynovanın yeni iş yerinin adı məlum olub.
O, “Nargis” jurnalında Baş icraçı direktor seçilib.
A.Hüseynova MBNP-yə hələ 2017-ci ildə İnsan Resurslarının İdarəolunması şöbəsinə müdir kimi gəlmişdi.
Daha əvvəl isə Təhsil Nazirliyində və ləğv olunmuş “Dəmir Bank” ASC-də eyni departamentin direktorunun müavini olmuşdur.
“Nargis” jurnalı 2012-ci ildən həyat-tərzi, model, musiqi və kino auditoryasını əhatə edən jurnallar dərc edir.
Eləcə də jurnal ən son dünya hadisələrinin və dəb tendensiyalarının icmalını təqdim edir.