Əsas səhifə Xəbərlər Yerli biznes xəbərləri MBNP və Bankda çalışmış xanım “Nargis” jurnalına rəhbər gedib

MBNP və Bankda çalışmış xanım “Nargis” jurnalına rəhbər gedib

330
Paylaş
Aytən Hüseynova
Aytən Hüseynova

Maliyyə Bazarlarına Nəzarət Palatasını (MBNP) cari ilin mayında tərk edən Aytən Hüseynovanın yeni iş yerinin adı məlum olub.

O, “Nargis” jurnalında Baş icraçı direktor seçilib.

A.Hüseynova MBNP-yə hələ 2017-ci ildə İnsan Resurslarının İdarəolunması şöbəsinə müdir kimi gəlmişdi.

Daha əvvəl isə Təhsil Nazirliyində və ləğv olunmuş “Dəmir Bank” ASC-də eyni departamentin direktorunun müavini olmuşdur.

“Nargis” jurnalı 2012-ci ildən həyat-tərzi, model, musiqi və kino auditoryasını əhatə edən jurnallar dərc edir.

Eləcə də jurnal ən son dünya hadisələrinin və dəb tendensiyalarının icmalını  təqdim edir.