Forbes jurnalının 100 illiyi münasibəti ilə Nyu-Yorkun keçmiş meri və media imperiyası “Bloomberg”in yaradıcısı Maykl Blumberq cəmiyyətin müqavimətinə rəğmən dəyişiklikləri tətbiq edən insanlar haqqında esse yazıb.
Məni “Salomon Brothers”dən 1981-ci ildə işdən çıxartdılar, səbəblərdən biri də heç kəsin mənim “maliyyə məlumatlarını kompüterə daxil etmək olar və sonra maşınların vasitəsi ilə onları təhlil edib (emal edib) nəticə əldə etmək olar” fikrimi layiqincə qiymətləndirə bilməməsi idi. Həmin dövrdə kompüterdən istifadə edə bilən maliyyəçilərin sayı heç də çox deyildi, kompüterlərə iş yerində sahib olmaqdan isə söhbət belə gedə bilməzdi.
Bəzi kompaniyalar yeniliklərə müqavimət göstərir və ona görə də yarı yolda qalırlar. Çünki insanlara həmişə yeni və anlaşılmaz nəyisə sınamaq əvəzinə, artıq tanış olan bir şeylə işləmək daha rahatdır. Bizim şirkətin rəhbər tutduğu əsas prinsip – qabaqlamaq və risk etməkdir. Biz bu prinsipi şəhər administrasiyası orqanlarına da gətirdik və əlimizdən gələni etdik bütün şəhər bu ritmə uyğunlaşsın.
İstər özəl, istər də ictimai (dövlət) sektorunda, innovativ ideyaları həyata keçirtmək üçün ağıllı, yaradıcı və öz işini sevən insanları işə götürmək lazımdır. Onların risk etmək niyyətini alqışlamaq və nəsə gözləndiyi kimi getməyəndə onlara dəstək olmaq lazımdı. Dəstək bütünlükdə ictimaiyyətdən gəlməlidir. Çatılmamış hədəflər ən qorxulusu deyil. Ən böyük məğlubiyyət əldən verilmiş (qaçırılmış) imkanlardır.