“Maya dəyəri 2 lirədən çox olan pomidoru 1 lirəyə sata bilmirik…”

Date:

Paylaş:

Türkiyənin Antaliya pomidor istehsalçıları pomidor qiymətlərinin 1 lirədən aşağı düşməsindən şikayətləniblər.

Pomidorun qiymətini belə ödəmədiklərindən şikayət edən istehsalçılar “Maya dəyəri 2 lirədən çox olan pomidoru 1 lirəyə sata bilmirik. Bu qiymətə istehsalı necə davam etdirəcəyik? Məhsulumuzu dəyərində satmağımız üçün dəstək gözləyirik.” deyib.

Antaliyada istehsal olunan pomidorun 80 faizinin ixracata getdiyini bildirən Gazipaşa Əkinçilik Otağı Başçısı Yusuf Çelik, sərhədlərin virus səbəbiylə bağlandığını və ixracatın minimuma endiyini söyləyib.

İxraca göndərilə bilməyən pomidorun daxili bazarda qaldığını qeyd edən Çelik, “Hazırda daxili bazarda malların qiymətləri həddindən aşağı düşüb. Bu gün pomidorun maya dəyəri 2 lirədən çoxdur. İstehsalçıya zərər verməmək üçün ən pis ehtimalda 2 lirənin üzrəində satmaq lazımdır. Ancaq bu baş verəndə fermerlərə ziyan olur. Elektrik enerjisini hazırda ödəyə bilməyən fermerlər var. İndiyə qədər bir çox iş xəttinə kredit veriləcəyi deyilir, ancaq fermerlər haqqında heç nə deyilməyib. Fermerə də elektrik, su pulu yardımı edilməli, kredit və bank borcları faizsiz təxirə salınmalıdır.” deyib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...