“Maven” startapı 45 mln. dollar cəlb edib

Date:

Paylaş:

Amerikanın “Maven” şirkəti özəl səhmdarlardan və şirkətlərdən 45 mln. dollar cəlb edib. Bu barədə TechCrunch yazır.

Özəl səhmdarlar sırasında aktrisalar Mindi Kallen, Natali Portman, 23andMe biotexnologiya startapının təsisçisi və başqaları da var. Səhmdar şirkətlər arasında isə Icon Ventures, Sequoa Capital-ın adları çəkilir. Yarandığı 2014-cü ildən bəri startap 87,3 mln. dollar cəlb edib.

Qeyd edək ki, “Maven” tibb bacıları axtarışından tutmuş telesəhiyyə və daşıyıcı anaya kimi müxtəlif xidmətlər təklif edir.

Startapın yaradıcısı Rayder övladı olacaq və ya artıq övladı olan anaların problemlərini görərək tətbiq vasitəsilə peşəkarları cəlb etməklə həmin qadınlara yardım əlini uzatmaq qərarına gəlir. Tətbiqdə  hər bir həkimin təcrübəsi də qeyd olunan profili var – tətbiqdə onlarn onlayn-qəbuluna yazılmaq mümkündür.

Saytlarında deyilir ki, tətbiq 30 dili dəstəkləyir. Startapın 1700 tərəfdaşı var, o, 5 milyon ailəyə xidmət göstərir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...