“Mastercard” yeni ödəmə texnologiyası üzərində işləyir

Date:

Paylaş:

“Mastercard” nəqliyyat firmaları ilə yeni sistemin yaradılması üzərində çalışır. Yeni texnologiya ilə sərnişinləri onların yerişinə və digər göstəriclərə görə tanımaq mümkün olacaq.

Sərnişin avtobus və ya metroya minərkən gediş pulu ödəmək üçün heç nə etməyəcək. Belə ki, ancaq turniketdən keçməsi tələb olunacaq. “Masterdcard”ın yeni sistemi adamları tanımaq üçün onlar barədə çoxsaylı biometrik məlumatlardan istifadə edəcək.

Texniki təfərrüatlar açıqlanmır, güman ki, texnologiya özü hələ başlanğıc mərhələdədir. Məlumdur ki, kamera turniketə yaxınlaşan şəxsi təyin edəcək və onun haqqında toplanan məlumatlar xüsusi məlumatlar bazasına daxil edilənlərlə müqayisə ediləcəklər. Şəxs tanınan kimi turniket onu buraxacaq və müvafiq məbləğ onun bank hesabından tutulacaq.

Başqa bir variant – nəbz və yerişin təhlil edilməsi. Məsələn, istifadəçi, daim nəbzi ölçən və ödəniş zamanı şəxsiyyəti təsdiq etmək üçün istifadə olunan xüsusi bilərzik taxır. Bu texnologiya da mümkün görünür, çünki, hal-hazırda ağıllı cihazlardan istifadə edənlərin sayı çoxdur.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...