Ödəniş sistemlərin operatoru olan “MasterCard”, “Nets” ödəniş sisteminin korporativ xidmətlərini 2,85 milyard avroya (təxminən 3,19 milyard dollar) satın alır.
Qeyd edək ki, “Nets” ödəniş sistemi Avropa üzrə birinci yer alır.
“MasterCard ödəniş sistemi, elektron hesablar üçün platforma və həmçinin klirinq xidmətlərini əldə edir.
Banker.az xəbər verir ki, sövdələşmə 2020-ci ilin birinci yarısında, tənzimləyicilərin təsdiqindən sonra başa çatacaq. “Nets” in xidmətlərini əldə etməklə “MasterCard” real vaxt rejimində ödənişlər sahəsində şirkətin texnologiyasını inkişaf etdirmək və əməliyyatların səmərəliyini artırmaq imkanını əldə etmiş olacaq.
“MasterCard Inc.” – dünyanın ən böyük ödəniş sisteminin operatorudur. Şirkəti 2,6 milyard “Mastercard” və “Maestro” kartını buraxıb.