Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Mask: Tesla fəaliyyəti dayandırmış General Motors zavodunu almaq niyyətindədir

Mask: Tesla fəaliyyəti dayandırmış General Motors zavodunu almaq niyyətindədir

239
Paylaş

“Bəlkə də bu bizi maraqlandıracaq. Əgər onlar zavodu satarsa və ya istifadə etmiyəcəklərsə, biz onu götürəcəyik” – Mask bildirib.

Vesti.Ekonomika – nın bizə  əvvəl verdiyi məlumata görə, GM zavodu Kanada və ABŞ-da olmaqla bir neçə müəssisədə istehsalı azaltmağı planlaşdırır. Bunun nəticəsində, 14 mindən çox insan öz işini itirə bilərlər. Avtokonsernin rəhbərliyinin bu  planları yalnız həmkarlar ittifaqları tərəfindən deyil, ABŞ prezidenti olan Donald Tramp tərəfindən də tənqid edilib. Donald Tramp GM şirkətini hətta General Motors subsidiyalarını kəsməklə təhdid edib.

Əslində, Tesla şirkəti, iş yerlərini xilas etmək üçün satın almaqdan maraqlı deyil, şirkət sadəcə yaranmış vəziyyətdən istifadə edərək  öz istehsalını genişləndirmək niyyətindədir. Qeyd edək ki, Tesla istehsal etdiyi Model 3 sedanlarının yığılmasını Kaliforniya zavodunun kənarında qurulmuş bir çadırda təşkil edib. Təbii ki, bu qısa müddətli bir tədbir idi və  gec-tez bu problem öz həllini tapmalıdır.

Bu, Teslanın GM-dən ilk alışı deyil- elektrik avtomobil istehsalçının Kaliforniyanın Fremont şəhərindəki mövcud zavodu da General Motors-dan alınmışdı. 2010-cu ildə konsern  bu şirkəti bağladı və elə həmin  ildə yenidən Maskanın rəhbərliyi altında zavod fəaliyyətini davam etdirib.

Bütün bunlara baxmayaraq, Mask, zavodun alınmasının  yalnız niyyətində olduğunu bildirir və bu zavodu almaq üçün nə qədər xərc çəkməyə hazır olduğunu bizə açıqlamır.