Əsas səhifə Biznes Biznes ideyalar Maşının təkər şinlərindən əldəqayırma mebellər

Maşının təkər şinlərindən əldəqayırma mebellər

747
Paylaş

Köhnə maşın təkəri şinləri ilə nə etmək olar? Onaları adətən ya tullayır ya da ocaq kimi hamamlarda yandırırlar. Bununla belə çox az  adam avtomobil şinlərinin bağ mebelləri üçün çərçivə rolunu da oynaya bildiyi ilə tanışdır. Onlardan həmçinin interyer elementi kimi də ofis mebellərində və s. istifadə etmək olur

Bunun üçün onları spesifik iydən azad etmək üçün əvvəlcə yenidən işləmək lazımdır. Belə bir qərar ekonomik tərəfdən çox uyğundur, axı siz yeni stol və kreslolar almaqdan canınızı qurtarmış və eyni zamanda bu sahədə öz şəxsi biznesinizi yaratmış olursunuz.

Köhnə maşın təkəri örtüklərindən mebel istehsalı üzrə ev biznesi

Maşın təkəri örtüyündən mebel və digər məişət əşyaları əldə etmək, öz əlləri ilə müxtəlif interyer elementləri düzəldə bilən insanlar üçün maraqlı və kreativ məşğuliyyətdir. Ekonomik nöqteyi-nəzərdən baxanda onun üstünlükləri çoxdur:

1 .  Xammalın asan və ucuz olması. Onları əldə etmək də problem deyil. Başlanğıc üçün öz ehtiyatlarınızdan istifadə edə bilərsiniz, gələcək üçünsə yaxınlıqdakı zibilxanalardan da onları götürmək olar;

2 . Tez başa gəlməsi və sadəliyi. Məhsulun bir hissəsinin hazırlanma sürəti də vacib rol oynayır.Çoxlu səylə çalışsanız siz bir günə bir neçə interyer elementi hazırlaya bilərsiniz. Daha çətin işlər üçünsə sizə bir neçə gün lazım ola bilər;

  1. Məhsuldarlıq keyfiyyəti və onun müxtəlif xoşagəlməz faktorlara dayanıqlığı. Avtomobil şinləri mexaniki dayanıqlıdırlar, buna görə də çəkiləri ağırdır və havanın, istinin, soyuğun təsirinə məruz qalmırlar. Bu əsaslı dərəcədə məhsulun hazırlanma qiymətinə təsir edir;

4 . Bazarının geniş olması. Sadə konstruksiyaları şəhərdənkənar bağ evləri üçün satmaq olar, daha mürəkkəb kompozisiyalar isə  mənzillər, şəhər evləri üçün uyğundur;

Yuxarıda bəzi master-nümunələr göstərilib ki, onlarla ilkin bacarıqları mənimsəmək və ona uyğun öz modellərini hazırlamaq olar.