Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri “Maşa və Ayı” cizgi filminin istehsalçısı yeni addım atıb

“Maşa və Ayı” cizgi filminin istehsalçısı yeni addım atıb

428
Paylaş

“Animaccord Group” (Maşa və Ayı cizgi filminin istehsalçısı) başqa partnyorların brendlərinin inkişafı ilə məşğul olacaq. Diversifikasiya studiyaya gəlirlərini yaxın 3 ildə 30% artırmağa imkan verəcək.

Bu haqda “Kommersant”a şirkətin baş direktoru Vladimir Qorbulya deyib.

Birinci belə müqavilə İspan,“Kleo və dostları” cizgi filminin istehsalçısı ilə bağlanılıb. Müqavilənin şərtlərindən biri odur ki, “Animaccord” beş ildə bu brend ilə bağlı Rusiya, MDB, Baltikyanı ölkələr, Şərqi Avropa və Yaxın Şərq ərasizində hüquqlara malik olacaq.

Kompaniya brend ilə bağlı hüquqları istehsalçılara satmağı planlaşdırır. Qorbulya deyib ki, yaxın 3 ildə 50-dən çox belə lizenziyanın reallaşması gözlənilir.

Qeyd etmək yerinə düşər ki, daha əvvəl “Animaccord” öz studiyasında yalnız öz cizgi filmlərinin inkişafı ilə məşğul olurdu. Kompaniyanın gəlirlərinin əsas hissəsi, “YouTube da reklamlardan və lisenziya satışından ibarət idi. Belə ki, “Maşa və Ayı” cizgifilminə platformalar üzrə ümumi baxış sayı 45 milyarddan çoxdur.

NPD-nin məlumatına görə, 2018-ci ildə bu cizgi filmi Rusiyada oyuncaq lizenziya satışlarına görə, TOP-10-ğa daxil olan tək yerli layihə olub. 2018-ci ildə bu göstəricilərə görə, o “Skazoçniy patrul”, “Paravoz” studiyalarını keçib.

“Animaccord”un öz portfelini genişləndirməsi məntiqli və hətta uğurlu addımdır. Belə ki, lizenziya satışları uzun müddət davam edə bilməzdi”, – deyə NPD-nin Rusiyada oyuncaq bazarı üzrə eksperti İrina Sedova deyib.