Əsas səhifə Biznes Biznes məqalələri “Masa arxasında əyləş və kim olduğunu göstər”. Milyarder və stolüstü oyunların Allahı...

“Masa arxasında əyləş və kim olduğunu göstər”. Milyarder və stolüstü oyunların Allahı olan Matt Calkins-in həyat hekayəsi

355
Matt Calkins, CEO of Appian. (Photo by Marvin Joseph/The Washington Post via Getty Images)

Matt Calkins – dəyəri 2 milyard dollar olan Appian proqram təminatının əsas sahibidir. Lakin biznesmen həyatından başqa, onun digər həyatı da var – oyunçu həyatı.

Seven Springs kurortunda keçirilən dünya Çempionatında iştirak edən Matt Calkins, növbəti dəfə “Sekiqaxara” oyununda rəqibinə qalib gələrək dedi: “Düşünürəm ki, üzr istəməliyəm” və rəqibinin əlini sıxır. Bir çoxları deyə bilər ki, onun sadəcə bəxti gətirdi.  

Bəxt? Yox. Matt Calkins – stolüstü oyunların ustasıdır. Bu, onun biznesdə əldə etdiyi uğurlarla da bağlı olmuşdur. Stolüstü oyunları oynamadığı və tərtib etmədiyi vaxtda, o, qərargahı Virciniya ştatında yerləşən Appian şirkətinə rəhbərlik edir. Şirkət mobil tətbiqlərin yaradılması prosesini sürətləndirən proqram təminatının istehsalı ilə məşğul olur. Appian-nın bazar dəyəri 2,1 milyard dollar təşkil edir. Qeyd etmək lazımdır ki, 2017-ci ildə şirkət IPO keçirib.

Ötən ilin iyul ayında keçirilmiş Seven Springs dünya Çempionatında 1700 oyunçu iştirak etmişdir. Onlar bir-biri ilə 185 oyunda rəqabət aparmışlar. Lakin Matt Calkins elə belə oyunçu deyildi. O – bu 185 oyunun iksinin yaradıcısı olmuşdur: “Sekiqaxara” və “Metal qaz”.

Calkins-in başqa bir həyatı da var. Hal-hazırda onun 46 yaşı var, 20 il bundan əvvəl o Appian şirkətinin təsisçilərindən biri olmuşdur. Vaxt var idi bu şirkət ABŞ-ın silahlı qüvvələri üçün daxili şəbəkə düzəldirdi. 2004-cü ildən etibarən Appian rəqəmsal proqramlaşdırma prosesinin sadələşdirilməsi ilə məşğul olur.

Bəs bütün bunların stolüstü oyunlarla nə əlaqəsi var? Hər iki halda bütün anlayışların tərkib hissələrinə diqqət yetirmək lazımdır. “Mən mürəkkəb konsepsiyaları öyrənməyi və başqa insanlara başa salmağı çox xoşlayıram”, – deyə Matt Calkins qeyd edir.

Gələcəyin sahibkarı San-Fransiskodan bir qədər şimalda yerləşən kiçik bir şəhərdə böyüyüb. Onun atası daşınmaz əmlak alqı-satqı müqavilələri ilə məşğul olub, anası isə riyaziyyat müəlliməsi kimi çalışıb. Uşaqlıqda Matt boş vaxtında musiqi məktəbinə gedir və stolüstü oynayırdı. 1994-cü ildə Dartmut kollecində təhsilini başa vurmuş Calkins, iqtisadiyyat fakültəsi üzrə ən yaxşı tələbə kimi seçilmişdi.

Təhsil aldığı dövrdə, o, “Diplomatiya” stolüstü oyunun strategiyalarına böyük maraq göstərirdi. Eyni zamanda, biznesmen kompüter elmləri kurslarında da iştirak edirdi. Təhsilini bitirəndən sonra, Calkins MicroStrategy şirkətinə işə düzəlir.

1999-cu ildə Matt Calkins dostları ilə birlikdə proqramlaşdırma dillərini öyrənməyə başlayır. Onlar MicroStrategy şirkətini tərk edərək, Appian-ı təsis etdilər. “Mən elə düşünürdüm ki, bunun öhdəsindən gələ biləcəyəm. Bu, mənə kömək etdi”, – biznesmen deyir.

Həmin dövrdə startaplar sərmayə cəlb edərək demək olar ki, dərhal uğur qazandıqdan sonra “sönürdülər”. Ona görə də başlanğıc mərhələdə biznesmenlər sərmayəçilərə müraciət etməyəcəklərini qərara aldılar. Appian ilk sərmayəsini 2008-ci ildə, 10 milyon dollar dəyərində cəlb etmişdir. 2014-cü ilin maliyyə raundunda şirkət 36 milyon dollar aldı (əsas sərmayəçi NEA vençur fondu idi).

Şirkətin əsas fərqləndirici cəhəti – sistemin “low-code”-dur, hansılar ki tətbiqləri demək olar ki, proqramlaşdırma etmədən yaratmağa imkan verirlər. Appian müştərilərə kodun elementlərini satır. Beləliklə, müştəri tətbiqin yaradılmasına daha az vaxt sərf etmiş olur. Şirkətin proqramçıları daha mürəkkəb məsələlərin həlli ilə də məşğul olurlar – veb-brauzerlərdə, mobil qurğularda və kompüterlərdə  tətbiqlərin işini təmin edirlər. Appian-nın müştəriləri sırasında Sprint  telekommunikasiya şirkəti və Bayer AG əczaçılıq konserni var. Hətta təcrübəli proqramçılar belə bu platformadan istifadə edirlər. “Bizim proqram təminatımız çox güclüdür”, – Matt Calkins əlavə edir.

Appian proqram təminatına tələbat olduqca yüksəkdir. Bu, müştərilərin mobil proqramlara olan ehtiyacını anlayan şirkətlərin sayının artması ilə əlaqədar olmuşdur.

Böyük şirkətə rəhbərlik etməsinə baxmayaraq, Matt Calkins öz hobbisini buraxmayıb. Hal-hazırda onun kolleksiyasına 700 müxtəlif stolüstü oyun daxildir. Sahibkar oyunun strategiyasının tərtib edilməsinə məsuliyyətlə yanaşır. Artıq 20 ildir ki, Calkins stolüstü oyunlar üzrə dünya Çempionatlarında iştirak edir.

Calkins-in sözlərinə görə, stolüstü oyunlar ona çox dəqiq “əks əlaqə” verirlər. Hər yeni partiya bərabər şərtlərlə başlayır. Stolüstü oyunun iki sonu var: ya qalibiyyət, ya da məğlubiyyət. Calkins çox nadir hallarda uduzur. Məğlub olduğu oyunlardan sonra, o, oyunu beynində yenidən canlandırır və gecə boyu təhlil edir. “Elə bir turnirdən evə qayıdandan sonra, beynim yüz dəfə tez işləyir. Mənə elə gəlir ki, görüşlər asta rejimdə keçirlər, çünki diqqət etdiyim tək şey xırda detallar olur”, -o danışır.

Appian-ın əsas rəqiblərindən biri, Pegasystems şirkətidir. Bu şirkətə Alan Trailer rəhbərlik edir – Dartmut kollecinin digər məzunu və milyarder. O, World Open 1975 şahmat turnirinin qalibidir. Onun sözlərinə görə, stolüstü oyunlar insanda tənqidi qiymətləndirməsi və qanunauyğunluqları müəyyən etmək kimi bacarıqların inkişaf etdirməyə kömək edir. “Əgər konsentrasiyanı itirirsinizsə, məğlub ola bilərsiniz”, – biznesmen deyir.

Appian-da stolüstü oyunlar və proqramlaşdırma sahəsi bir-biri ilə kəsişirlər. Şirkətin rəhbərliyi öz stolüstü oyunlar kitabxanası ilə fəxr edir. Hər ay Calkins öz evində oyun axşamını keçirir və şirkətin bütün əməkdaşları dəvət edir. Ötən il belə yığıncaqda şirkətin 42 təcrübəçisi gəldi. “Kiçik mütəxəssislər Matt-a qalib gəlmək istəyirlər. Lakin çoxları bunu bacara bilmir”, – şirkətin vitse-prezidenti David Metzger qeyd edir.

Məhz şirkətin direktoruna qalib gəlmək imkanının olması, gənc mütəxəssisləri şirkətdə qalmağa sövq edir. BTIG-nin analitiki Joel Fishbein qeyd edir ki, bir çox insan Appian şirkətini tanımır. Bunun əsas səbəbi isə şirkətin süni intellekt və ya kosmik gəmilərin yaradılması texnologiyası ilə məşğul olmamasıdır.

Bu ilin yayında Matt Calkins yenidən Seven Spring kurortuna gəlməyi planlayır. Əlbəttə ki, həmişəki kimi əsas məqsədi stolüstü oyular üzrə dünya Çempionatında qalib gəlməkdir. 2018-ci ildə, o, iki stolüstü oyunun mütləq qalibi olaraq, ümumi reytinqdə yeddinci yeri tutmuşdur. Matt oyunun digər iştirakçılarının diqqətindən narahat deyil. Biznesmenin sözlərinə görə, o, stolüstü oyunları oynamağı və biznes fəaliyyətini davam etdirməyi planlayır. “Sən – son oyunda əldə etdiyin nəticədir. Bizə adını, nə ilə məşğul olduğunu danışma. Sadəcə masa arxasında əyləş və kim olduğunu göstər”.

Rəy bildir

Please enter your comment!
Please enter your name here