Əsas səhifə Xəbərlər Xarici xəbərlər “Marvel” komik jurnalının ilk nömrəsi satılıb

“Marvel” komik jurnalının ilk nömrəsi satılıb

100
Paylaş

Marvel komik jurnalının ilk nömrəsinin nümunəsi ABŞ-da Heritage Auctions hərrac evində rekord 1,26 mln. dollara satılıb. Bu barədə Reuters xəbər verir.

Buraxılış satışa 1939-cu ildə çıxarılıb. Orada ilk dəfə olaraq Məşəl-adam və Nemor (Sualtı) təqdim olunmuşdu.

Əvvəlki rekord 1962-ci il Marvel komiksinə məxsusdur və onun səhifələrində ilk dəfə olaraq Hörümçək-adama rast gəlinirdi. O, 2011-ci ildə 1,1 mln. dollara satıldı.

Marvel Studios-un prezidenti və prodüseri əvvəl xəbər verib ki, komikslər üzrə filmlərdə üç yeni superqəhrəman olacaq. Ekranda xanım Marvel, Ay cəngavər və Xalka-qadın görünəcəklər.