Marriot şirkəti 500 milyon qonağın fərdi məlumatlarının sizılmasını qəbul etdi.
Marriot şikəti ona məxsus olan Starwood otel şəbəkəsinin qonaqlarının qlobal məlumat sizması barədə danışdı. Bu, misal üçün, – St. Regis, Sheraton, Le Meriden, W – 11 brendi birləşdirir. Rəhbərlik məlumat sızması haqqında məlumatı hələ sentyabr ayında almışdır. Şirkətin rəsmi bəyanatında bildirilir ki, o vaxtdan bəri onun əhatə dairəsini müəyən etməyə çalışır.
Məlum oldu ki, təcavüzkarlar 2014 – 2018 – ci illərdə Starwood otellərində qalan 500 milyon insanın məlumatlarına çıxa biliblər. 327 milyon hesab özündə adlar, elekton və poçt ünvanlarını, telefon nömrələrini və pasport məlumatlarını, otelə qeydiyyat və oteldən gediş tarixlərini cəmləşdirir. Həmçinin, 150 milyondan çox şəxsin kredit kart məlumatlarıda götürülmüşdür. Onlar şifrəli şəkildə saxlanılmışdır, lakin şirkət bildirir ki, nəzəri olaraq təcavüzkarlar onları deşifr edə bilərlər.
Nyu- Yorkda keçirilən hərracda Marriot səhmləri artıq 5,6% qiymətdən düşdü.