Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Marriott məlumatların sızması faktını qəbul etdi – 500 mln. istifadəçinin

Marriott məlumatların sızması faktını qəbul etdi – 500 mln. istifadəçinin

292
Paylaş

Marriot  şirkəti 500 milyon qonağın fərdi məlumatlarının sizılmasını qəbul etdi.

Marriot şikəti ona məxsus olan Starwood otel şəbəkəsinin  qonaqlarının  qlobal məlumat sizması barədə danışdı. Bu, misal üçün, –  St. Regis, Sheraton,  Le Meriden, W  – 11 brendi  birləşdirir. Rəhbərlik məlumat sızması haqqında məlumatı hələ sentyabr ayında  almışdır. Şirkətin rəsmi bəyanatında  bildirilir ki, o vaxtdan bəri onun əhatə dairəsini müəyən etməyə çalışır.

Məlum oldu ki, təcavüzkarlar  2014 – 2018 – ci illərdə Starwood otellərində qalan 500 milyon insanın məlumatlarına çıxa biliblər.  327 milyon hesab özündə adlar, elekton və poçt ünvanlarını, telefon nömrələrini və pasport məlumatlarını, otelə  qeydiyyat və oteldən gediş  tarixlərini cəmləşdirir. Həmçinin, 150 milyondan çox şəxsin kredit kart məlumatlarıda götürülmüşdür. Onlar şifrəli şəkildə saxlanılmışdır, lakin şirkət bildirir ki, nəzəri olaraq təcavüzkarlar onları deşifr edə bilərlər.

Nyu- Yorkda keçirilən  hərracda Marriot səhmləri artıq  5,6% qiymətdən düşdü.