Marlboronun işlərinin pisə getdiyini görən biri Marlboroya bir təklif təqdim edir. Bu təklifə görə satışların 1 ay içərisində 3 qatına çıxara biləcəyini və bu olsa şirkətin yarı ortağı olmaq istədiyini, əgər bunlar olmazsa ömür boyu tütün satacağını söyləmiş. Marlboronun o zamanki sahiblərinin “necə olsa batmaq üzrəyik, edəcək bir şey yox” deyərək təklifi qəbul edirlər.
Marlboro şirkəti o ay 3 deyil, tam 5 qat satışını artırır. Satışların artmasında köməyi olan mükəmməl fikirli adam şirkətin 50% -inə ortaq olur. Bu mükəmməl fikirli adam Filip Morrisdir.
Amerika Birləşmiş Ştatlarının siqaret istehsalçısı olan Filip Morris Marlboro da daxil olmaqla müxtəlif siqaret markalarını satmaq üzrə 1902-ci ildə Nyu-York şöbəsini açdı. 1924-cü ilə qədər Marlboro “May kimi Mülayim” şüarı ilə qadınlara uyğun marka idi. Həmin illərdə ən çox müzakirə olunan adam Marlborough qrafı ilə əlaqəsi olduğunu düşünülən Winston Churchill idi. “Marlborough” adını bəyənən Filip Morris şirkətinin sahibləri son üç hərfi silərək, daha sadə və yaddaqalan “Marlboro” adını yeni siqaret markasına verdilər. II Dünya Müharibəsinə qədər bu tutum ilə satışını davam etdirən marka döyüş zamanında çətinliklərlə qarşılaşdı, hər keçən gün satışlar daha da zəifləyirdi və marketdən müvəqqəti olaraq geri çəkildi. Döyüşün sonunda üç siqaret markası: Camel, Lucky Strike və Chesterfield ortaya çıxdı və siqaret bazarını əldə tutan bir firma quruldu.
1950-ci illərdə “Reader`s Digest” adlı jurnal siqaret istifadəsi və ağciyər xərçəngi haqqında bir sıra məqalə nəşr etdi. 1950-ci ildə ağ ciyər xərcəngi xəstəliyi ilə siqaret arasında əlaqəni göstərən elmi araşdırmaların ortaya çıxması isə ümumiyyətli siqaretə olan marağı azaltmışdı. Buna görə xəbərdarlıq alan Filip Morris və digər siqaret şirkətləri filtrli siqaretlər satışına başladı. Filtr başlıqlı Marlboro 1955-ci ildə bazara çıxarıldı.
Marboro indi dünynın ən çox satan siqaretidir.
wikipedia.org