Onlar orta hesabla bir milyon dollar alacaqlar. Nəzərdə tutulur ki bu, 12.8 milyard dollarlıq “şeytanla razılaşma” ya qarşı olan işçiləri razılığa salmağa kömək edəcəkdir.
Xatırladaq ki, Juul şirkəti elektron siqaret istehsal edir. Bir qurğunun qiyməti təxminən $50 təşkil edir, müxtəlif dadlı dörd nikotin kartricinin qiyməti isə $20 təşkil edir. Hal-hazırda Juul, Amerikan elektron siqaret bazarının 70% tutur.
Marlboro siqaret istehsalçısı və Filipp Morris sahibi olan Altria Group, 2018-ci ilin qışında Juul şirkətinin 35%-nı alıb ($12,8 milyard).
Recode nəşriyyatın verdiyi məlumatlara əsasən, razılaşma çərçivəsində Juul, sərmayəçilərə bir səhmə görə $150 dəyərində dividentlər ödəyəcək. Tiger Global Management (Yandex, ivi, Biglion, Anywayanyday, Wikimart sərmayəçisi) daxil olmaqla ən böyük səhmdar şirkətlər $1,6 milyard alacaqlar, eyni zamanda sərmayəçilər öz səhmlərini saxlayacaqlar. Ödəmələrin ümumi məbləği isə 2 milyard dolları aşacaq.
Təxminən eyni məbləği şirkət öz işçilərinə ödəyəcək. Beləliklə, $4 milyard sərmayəçilərə və Juul işçilərinə, qalan $8,8 milyard şirkətin öz hesabına gedəcək.
Juul və Tiger Global bu məsələ ilə bağlı şərh bildirməkdən imtina ediblər.
Şirkətdə 1500 nəfər çalışır. Axios mənbələrinə görə, onların bir qismi Altria Group-un sərmayə yatırımından narazılıq etmişdir. Səbəb isə bu razılşmanın Juul şirkətinin əsas missiyasına zidd olmasından ibarət olmuşdur. Belə ki, Juul şirkətinin əsas ideyası, insanlara siqaretdən olan asılılığı aradan qaldırmaqda kömək etməkdən ibarətdir.
İşçilərin sayını və ödəniləcək məbləği nəzərə alsaq, hər bir işçiyə təxminən 1 milyon dollar ödəniləcək. Recode ehtimal edir ki, bu, işçiləri bir qədər sakitləşdirə və razılığa gətirə bilər.