“Facebook” şirkətinin icraçı direktoru Mark Zuckerberg-in fikrincə, dünyada heç bir insan milyarder olmağa layiq deyil.
Bu haqda Bloomberg yazır.
“ABŞ-ın prezidenti olsam, gəlir və sərvətdəki qeyri-qanuni, qarmaqarışıq və əxlaqsız bərabərsizliyi azaldacağam. Düşünürəm ki, heç kim milyarder olmamalıdır”.
“Heç kim bu qədər pula layiq deyil. Əgər yaxşı bir iş görsəniz, mütləq bunun mükafatını alacaqsınız. Mənə elə gəlir ki, sərvətin müəyyən hissəsi insanlar tərəfindən əsassız olaraq toplanılır”, – deyə şirkət rəhbəri qeyd edir.
Mark Zuckerberg xüsusilə “Chan Zuckerberg Initiative” şirkətini misal çəkir. Bu şirkət qarşıdakı 100 ildə insanların bu gün müalicə edə bilmədikləri xəstəliklərin çarəsini tapmaq üçün aktiv şəkildə elmi kəşflərə sərmayə qoyur.
“Çoxları bütün işlərin dövlət vəsaiti hesabına görülməsini təklif edir. Mənə elə gəlir ki, bu, bazarı və dünyanı müraciət edə biləcəyimiz yanaşmalardan məhrum edəcəkdir”, – biznesmen əlavə edir.
Xatırladaq ki, Mark Zuckerberg Forbes-un reytinqində 8-ci yer tutur.