Marissa Mayer-in startapı insanlara vaxtlarına qənaət etməkdə yardımçı olacaq

Date:

Paylaş:

“Yahoo”nun eks-rəhbəri Marissa Mayer yeni tətbiqlər dəstinin işlənib hazırlanması üzərində çalışır. Həmin tətbiqlər sayəsində süni zəkanın köməyi ilə gündəlik tapşırıqları daha sürətlə icra etmək mümkün olacaq. Bunu, Mayeri-in sözlərinə istinadən Business Insider xəbər verir.

“Lumi Labs” adlı bu startap 2018-ci ilin martında təqdim edilsə də, o vaxtdan onun haqqında demək olar ki, heç bir məlumat verilməyib.

Şirkət artıq “Holiday Helper” xidmətini istifadəyə verib. O, istifadəçiyə bayram və ad günlərini yadda saxlamaqda  kömək edəcək. Hələ ki xidmət desktop-versiyada işləyir.

İstifadəçi “Holiday Helper”ə elektron poçt ünvanlarını yükləyə və onlardan qəbuledən tərəfə  məktub yollayıb, həmin məktubda özləri haqqında formanı doldurmalarını onlardan istəyə bilər. Cavab alan kimi xidmət, cavab verənlərin hamısı haqqında avtomatik olaraq .csv formatında sənəd yaradacaq.

“Əksər texnoloji şirkətlərin insanların həyat keyfiyyətinin yüksəldilməsi üçün süni zəkadan istifadə etdikləri  bir vaxtda, Lumi Labs startapı insanların vaxtını aparan gündəlik tapşırıqların tapılıb avtomatlaşdırılması naminə çalışır” – deyə, Mayer “Fast Company” mətbuatına bildirib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...