Əsas səhifə Məqalələr Maraqlı Maraqlı marketinq üsulu pizza satışını 40 faiz artırdı

Maraqlı marketinq üsulu pizza satışını 40 faiz artırdı

1319
Paylaş

Amerikada baş verən maraqlı hadisə mediyada səs-küyə səbəb olub. Michael HILDRETH adlı rokçu bir pizza restoranında çalışır. İşi isə yoldan keçən avtomobillərə restoranın yerini və məhsulların qiymətlərini göstərməkdən ibarətdir. Ancaq bu işi çox fərqli edir.

Michaelin gizli silahı çalışan zaman Headbang etməkdir. Slayer, Metallica, Anthrax, Cannibal Corpse, Megadeth kimi qrupları dinləyib mahnının ritminə qapılır. Yoldan keçənlər də pizza tablosuna istər istəməz baxırlar. Michael sayəsində pizza restoranı 40 faiz daha çox satış etməyə başlayıb.