Maliyyə sabitliyi ilə bağlı tədbirlər planının layihəsi hazırlanıb

Date:

Paylaş:

“Prezident İlham Əliyev 2019-cu ildə və ortamüddətli dövrdə Azərbaycanda makroiqtisadi və maliyyə sabitliyinin dərinləşdirilməsi, onun dayanıqlığının artırılması ilə bağlı tədbirlər planının hazırlanması üçün Nazirlər Kabinetinə göstəriş verib”.

“Bizplus.az” xəbər verir ki, bu barədə AMB-nin sədri Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, bu tədbirlər planının layihəsi artıq hazırdır.

“Bu tədbirlər planı artıq müvafiq qaydada hazırlanaraq aidiyyatı üzrə təqdim olunub. Bu gün bu sənəd Azərbaycan höküməti və Prezident İlham Əliyevin sərəncamı ilə yaradılmış Maliyyə Sabitliyi Şurasında müzakirə olunmaq üçün diqqət mərkəzindədir. Bütün sənədlərin qüvvədə olmasına baxmayaraq makroiqtisadi qurumların koordinasiyası ilə Azərbaycanda makroiqtisadi və maliyyə sabitliyini təmin etmək üçün cari ildə əlavə işlər, ortamüddətli dövrdə islahatlar, siyasət tədbirləri həyata keçirməyi planlaşdırırıq. Lazımı islahatları həyata keçirək ki, bütovlükdə makroiqtisadi idarəetməni yaxşılaşdıraq və gücləndirək, bununla da gələcəkdə digər amillərin təsirini effektli neytrallaşdıra bilək”, – deyə E.Rüstəmov vurğulayıb.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...