Maliyyə Nazirliyinin istifadəsində olan bir sıra proqram təminatı lisenziyalarının və mövcud sistemlərə quraşdırılmış virtualizasiya lisenziyalarının müddətlərinin uzadılması, həmçinin illik texniki dəstək xidmətlərinin satın alınması (1), eləcə də yeni məlumat bazası və server lisenziyalarının, eləcə də təhlükəsizlik proqram təminatının satın alınması (2) ilə bağlı elan edilmiş açıq tenderlərin nəticələri məlum olub.
Hər 2 tenderin qalibi “Ata Holdinq” MMC-yə daxil olan “Ata Texnologiya” MMC-dir.
Qalib şirkətə müvafiq olaraq 146 232 manat və 191 447 manat, ümumilikdə 337 679 manat ödəniləcək.