Maliyyə Bazarlarına Nəzarət Palatası (MNBP) Hüquq təminat idarəsinin rəisi təyin olunub.
“Bizplus.az” xəbər verir ki, bu vəzifəyə indiyə qədər adıçəkilən idarənin əməkdaşı kimi çalışan Tural Feyzullayev təyin edilib.
Qeyd edək ki, Feyzullayev bu vəzifəsinin icrasına yanvar ayından başlayıb. MBNP-nin sıralarına isə 2016-cı ilin aprelində, yəni, Palatanın strukturu yeni formalaşan ərəfədə qatılıb.
O bundan öncə Azərbaycan Mərkəzi Bankı, Azərsun Holdinq və Avropa Oyunlarında çalışıb.