Əsas səhifə Satışda olan bizneslər Xidmət Maliyyə Nazirliyi “Evrodizayn” QSC ilə müqavilə imzalayıb

Maliyyə Nazirliyi “Evrodizayn” QSC ilə müqavilə imzalayıb

188
Paylaş

Vergi və gömrük sahəsində verilmiş güzəştlərə dair “Mərkəzləşdirilmiş Elektron Reyestr Sistemi” yaradılacaq.

“Bizplus.az” xəbər verir ki, Maliyyə Nazirliyi “Evrodizayn” QSC ilə məbləği 865 min 500 manat olan müqaviləyə imza atıb. Bu müqavilə “Vergi və gömrük sahəsində verilmiş güzəştlərə dair “Mərkəzləşdirilmiş Elektron Reyestr Sistemi”nin qurulması”nı nəzərdə tutur.

Oktyabr ayında “Evrodizayn” QSC, Maliyyə Nazirliyinin Aparatında arxiv işlərinin elektron qaydada aparılması məqsədilə arxiv sənədlərinin rəqəmsallaşdırılmasını, indeksləşdirilməsini və sənədlərin klassifikasiyasını həyata keçirən “e-arxiv” proqram təminatının hazırlanmasının satın alınması üzrə keçirilmiş müsabiqənin də qalibi olub. Şirkət Nazirlik ilə 72 min manatlıq müqavilə imzalayıb.

Həmçinin “Evrodizayn” QSC  Maliyyə Nazirliyi üçün “Tapşırıqların idarəedilməsi (Task management) proqram təminatı” da hazırlayacaq. Bu məqsədlə şirkət Nazirlikdən 14 min 903 manat alıb.

Maliyyə Nazirliyi Oktyabr ayında “Evrodizayn” QSC-dən 87 min kommunikasiya avadanlıqları da satın alıb.

22 ilə yaxındır fəaliyyət göstərən “Evrodizayn” şirkəti İT xidmətlərin göstərilməsi, sistem inteqrasiyası, İT konsaltinq və layihənin idarə edilməsi sahəsində ixtisaslaşmışdır.