Əsas səhifə Xəbərlər Xarici xəbərlər Malaziyada təyyarə uçuşları üçün qəlyanaltı qidalar restoranı açılıb

Malaziyada təyyarə uçuşları üçün qəlyanaltı qidalar restoranı açılıb

81
Paylaş

Malaziyanın AirAsia hava yolları şirkəti xüsusi menyulu qəlyanaltı qidalar restoranı açıb. Belə ki bu menyu təyyarə uçuşları üçün nəzərdə tutulub. CNBC xəbər verir ki, bu pilot layihəsi uğurlu alınarsa aviaşirkət çoxlu belə qida şəbəkələri təqdim edəcək.

Aviaşikəti bu addmı atmağa sərnişinlər arasında uçuş menyusu qidalarına həvəsin çox olması vadar edib. Komanda beş aşpazdan ibarətdir. Şirkət Kuala-Lumpurda ticarət mərkəzlərindən birində ilk restoranını açıb.

Menyu malaziya və vyetnam mətbəxindən ibarətdir. Sifarişi isə elektron terminallardan və ya mobil tətbiqdən həyata keçirmək mümkündür. Onlar müştərinin öncəki sifarişlərinə, onu yaşına, cinsinə, həmçinin, günün vaxtına əsasən ona yeməklər təklif edirlər. Bir yeməyin qiyməti 2-4 dollar arasındadır. Artıq ilk gün restoranda bütün  növ yeməklər satılıb.

Qeyd edək ki, AirAsia gələcəkdə belə restoranlarının sayını artırmağı planlaşdırır.