Azərbaycanda istehsal olunan mal әtinin Qәtәr dövlәtinә ixrac edilmәsi üçün fermerlәrlә görüşlәr keçirilib.
“Bizplus.az” xəbər verir ki, bu barədə “Aqrar tәdarük vә tәchizat” Açıq Sәhmdar Cәmiyyәtinin 2019-cu ilə dair hesabatında deyilir.
“Bundan әlavә yerli fermerlәrә dәstәk olaraq Hacıqabul rayonunda istehsal olunan toyuq mәhsulunun BӘӘ-nә ixracı hәyata keçirilib. Fermerlәrә Әrәb ölkәlәrinin yeni bazarlarına ixrac üçün mәhsulun hazırlanması,
qablaşdırılması, gömrük sәnәdlәşdirilmәsi vә göndәrilmәsi ilә bağlı tәlimlәr keçirilib”,- hesabatda deyilir.