Əsas səhifə Startup “MainStreet” startapı Silikon Vadisindən çıxamağa görə $10 000 təklif edir

“MainStreet” startapı Silikon Vadisindən çıxamağa görə $10 000 təklif edir

121
Paylaş

İşə qəbul startapı MainStreet texniki işçilərə Bay Area-dan (Silikon Vadisinin yerləşdiyi ərazi) çıxmağa görə 10 000 dollar ödəyəcək. Onlara həm də onlayn işləmək təklif olunacaq.

Bu barədə Quartz qəzeti xəbər verib.

Amerikanın MainStreet startapı bu alternativ qərarı Bay Area-da yaşayış yerlərinin azlığına görə təklif edib.

Şərtlər

10 000 dollar almaq üçün ən azı bir il MainStreet müştərilərindən biri ilə onlayn işləmək lazımdır.

Razı olanlar Kaliforniya ştatına Sakramentoya köçürüləcək. İşləmək üçün şirkət idarəçiliyi altında olan kovorkinqdə yer ayırır.

Onlayn işləyənlər özlərini rəhbərdən təcrid olunmuş kimi hiss etməsinlər deyə startap kovorkinqdə “xoşbəxt saatlar” və yığıncaqlar təşkil edəcək.

Gələcəkdə MainStreet Solt Leyk Siti, Reno, Neşvill və digər ABŞ şəhərlərində də fəaliyyəti planlaşdırır.

Onlayn işçi qovulsa, startap ona yeni iş tapmalı olacaq və üç ay 5000 dollar həcmində stipendiya ödəyəcək, ailəsi isə tibbi sığorta ilə təmin olunacaq.

MainStreet namizədlərin onlayn işləyə bilib-bilməyəcəyini müəyyən şərtlər altında qiymətləndirəcək:

dəqiq və effektiv ünsiyyət qurmaq bacarığı;

yazılı ünsiyyətin xüsusiyyətlərinə əməl etmək;

sərbəst işləyə bilmək.

Qeyd edək ki, şirkətin məqsədi regionun hüdudlarından kənarda davamlı İT-cəmiyyəti qurmaqdır. 10 000 dollarlıq bonus təklif isə diqqət çəkmək üçündür.