Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri “Mail.ru Group” yeni brauzer buraxır, onda ciddi səhv tapana milyon ödəniləcək

“Mail.ru Group” yeni brauzer buraxır, onda ciddi səhv tapana milyon ödəniləcək

75

Şirkət yeni təhlükəsi brauzerinin yaradıldığını elan edib.

“Mail.Ru Group” yaxın zamanda yeni brauzeri – “Atom”un işə salındığını elan edib. Beta versiya artıq şəbəkənin istifadəçiləri üçün əlçatandır. Yeni məhsulda istifadəçilərin təhlükəsiz və gizliliyinə fokuslanıb.

Şirkət brauzerin özünün təhlükəsizliyi yoxlamaq üçün zəiflikləri axtarış edən ictimai proqram yaradacaq.”Mail.ru” yeni brauzerin köməyi ilə birinci növbədə istifadəçilərini şəbəkə təhlükələrindən qorumaq niyyətindədir. İstifadəçilərin öz təhlükəsizliyini idarə etmək üçün “Atom”da xüsusi panel yaradılıb. Bu, brauzerin əsas pəncərəsində bir kliklər əlçatandır. Panelin köməyi ilə istifadəçi hansı saytlara nə kimi icazənin verildiyin yoxlaya, eləcə də, tənzimləmələr bölməsində isə konkret hansısa sayt və ya bütün internet resursları üzərindən dəyişikliklər edə bilər.

Buna görə də, Mail.ru öz brauzerində “Bug Bounty” adlı ictimai proqramı (zəifliklərin axtarışı) işə salır. Proqram beynəlxalq resurs olan “HackerOne.com”da açılıb.Bura bütün dünyada olan “ağ xakerləri” birləşdirir. Potensial çatışmazlıqların axtarışında şəbəkənin istənilən istifadəçisi iştirak edə bilər. Müsabiqənin qaydalarına görə, istifadəçi brauzerdə ciddi səhv tapacaqsa, onu 1 milyon rubl mükafat gözləyir. Əgər onların sayı çay olacaqsa, müküfat bölünəcək.

Axtarış sisteminin dizaynına gəldikdə isə şirkət birinci növbədə sadəliyə və əlçatanlığa, informativ interfeysə önəm vermək istəyib. İdeal balansı tapmaq üçün bir neçə variant yoxlanılıb, şirkətin UX -laboratoriyasında testlər aparılıb.
Axtarış sisteminin beta-versiyası artıq əlçatandır. Xatırladaq ki, şirkət hələ 2018-ci ilin iyulunda “Amiqo” axtarış sisteminin işə son qoymuşdu, buna səbəb isə istifadəçilər tərəfindən buna neqativ reaksiyanın olması idi.

Facemark.az

Rəy bildir

Please enter your comment!
Please enter your name here