“Mahaton” şirkəti dünyanın ilk “ağıllı” butulkasını yaradıb

Date:

Paylaş:

ABŞ-ın “Mahaton” şirkəti dünyanın ilk “ağıllı” butulkasını yaradıb. Yeni qurğu sudakı bakteriyaları məhv etməklə yanaşı, özü özünü də təmizləyə bilir.

Hazırda “ağıllı” butulkanın istehsalını maliyyələşdirmək üçün “Mahaton” şirkəti “Kickstarter” platformasında vəsaitin yığıldığını elan edib.

ABŞ-ın bu startapı artıq 10 min dollardan çox pul yığa bilib.

39 dollardan çox ianə edənlər “butulkanın erkən sifarişi” xidmətindən yararlana, eləcə də, iki butulkanı 79 dollara, üç butulkanı isə 99 dollara ala bilərlər. “Ağıllı” qurğunun standart qiyməti 49 dollar olacaq.

İstehsalçıların sözlərinə görə, içdiyi suyun keyfiyyətini artırmaq və plastik istifadəsini azaltmaq istəyənlər yeni ixtiranı bəyənəcək.

Qurğu paslanmayan materialdan hazırlanıb, qapağı isə  ekoloji təmiz plastikdəndir.

Suyun təmizlənməsi üçün “Mahaton” butulkası UV-C civəsiz işıq diodu texnologiyasından istifadə edir. O, simsiz yükləyici ilə təchiz olunub.

İxtiraçıların bildirdiyinə əsasən, qurğu cəmi 90 saniyə 99,9 faiz bakteriyaları məhv edir. Şirkət FDA, CE və SGS sertifikatları ilə təltif olunub.

“Mahaton”un hesablamalarına görə, “ağıllı” butulka yaranmasına xərclənən vəsaiti cəmi bir neçə həftəyə qaytara bilər.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...