Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri “Magic Leap” startapı gələcək inkişaf variantları üzərində düşünür

“Magic Leap” startapı gələcək inkişaf variantları üzərində düşünür

10
Paylaş

Amerikanın əlavə reallıq qarniturları hazırlayan Magic Leap şirkəti tərəfdaşlığın qurulması və biznesinin ya çoxunu ya da hamsını satmaq barədə düşünür. Bu barədə Bloomberg agentliyi mənbələrə istinadən yazır.

Agentliyin məlumatına görə Magic Leap  Facebook və Johnson & Johnson da daxil olmaqla iri texnoloji şirkətlərlə əməliyyatlar aparmağı planlaşdırır.

Mənbələrdən biri qətiyyətlə bildirib ki, Facebook özü də virtual reallıq texnologiyasını üzərində uğurla çalışdığı üçün bu startapda maraqlı deyil. Magic Leap, Facebook və Johnson & Johnson rəy bildirməkdən imtina ediblər.

Qeyd edək ki, startap biznesinin satışından 10 mlrd. dollar əldə etməyi nəzərdə tutur. Amma bu məbləğ risklidir, çünki alıcı tərəf məlum gəliri uzun müddət gözləməli ola bilər.

Magic Leap yarandığı 2010-cu ildən 2,6 mlrd. dollar cəlb edib. Startap ilk ilində 100 000 cihaz satmağı plana alsa da, yarım ilə cəmi 6000 qarnitur satışına nail ola bilib.