Mağazamı harada açmalıyam?

Date:

Paylaş:

Mağaza və ya dükan açmaq istəyənlər üçün məkan seçimi çox diqqət tələb edən mövzudur. Satış ediləcək iş yerinin məkanı, qazanılacaq gəlirə birbaşa təsir edəcək ünsürlərdən biridir.

Şəxsi biznes qurmaq istəyirsən. Kafe açmaq ya da geyim mağazası açmaq kimi satışdan gəlir əldə edən bir iş görmək qərarına gəldiniz. Araşdırmağa başladınız və qarşınıza çıxan məsələlərdən biri də iş yerinizin məkanıdır. Gəlin birlikdə iş yeri açarkən məkanla bağlı nələrə diqqət etmənizin zəruri olduğuna baxaq.

İşinizə uyğun məkan seçin

Əvvəlcə beyninizdə bir iş planı qurmalısınız. İş planı qurduqdan sonra müəyyən bir istiqamətdə irəliləməyə başlayırsınız. Xərcləri təyin etdikdən sonra işiniz üçün uyğun yer müəyyənləşdirməlisiniz. Məsələn, butik bir mağaza açacaqsınızsa, məhəllələrin arası deyil, prospekt və işə gedən insanların çoxluq təşkil etdiyi məkanları seçməlisiniz. Butik sadəcə bir nümunədir. Restoran açmağa qərar verdiyiniz zaman da əgər fast food yeməklər hazırlayacaqsınızsa, şirkətlərin çox olduğu adresləri araşdıra bilərsiniz.

Ticarət mərkəzi də aça bilərsiniz

Əgər məhsul satacaqsınızsa, iş yerinizi ticarət mərkəzində açmaq daha faydalı olar. Düzdür, ticarət mərkəzlərində icarə haqqı, prospektdə yerləşən məkanlara görə daha çoxdur, amma bu fərq müsbət yöndədir. Çünkü, gün ərzində bəlkə də minlərlə insan alış-veriş mərkəzlərinə gəlir. Həftəsonu isə bu say iki qat artır. Sizin də ticarət mərkəzində açacağınız bir iş yeri çox icarə haqqına rəğmən yaxşı bir gəlir gətirəcək

Universitetləri, stadionları diqqətdən qaçırmayın

İnsanların tez-tez baş çəkdiyi yerlərdə iş yerinizi açmağa çalışın. Bir stadionun ətrafında və ya bir konsert sahəsinin yaxınlığında açacağınız iş yeri sayəsində yaxşı gəlir əldə edə bilərsiniz. Asan qəlyanaltı qidalar satmağı seçdiniz. Bu seçiminizi harda dəyərləndirmək istəyərsiniz?Zamanı olmayan və uyğun qiymətə almaq ehtimalı olan insanların arasında. Bunun üçün də ən yaxşı yerlər universitet və stadionlardır.

Yuxarıda da qeyd etdiyimiz kimi işinizə görə yer müəyyənləşdirmək çox önəmlidir.

Müştəriləri təhlil edin

Məkanla bərabər iş yerinizin olacağı yerdəki müştərilər də olduqca önəmlidir. Ticarət mərkəzi xaricində bir iş yeri açmaq qərarı almısınızsa, müştəri təhlili aparmağınız vacibdir. İş yerinizin ətrafında olan insanların demoqrafik göstəricilərini yaxşı analiz etməlisiniz. Çünkü, o insanlar sizin iş yerinizdən alış-veriş edəcək. Məkan seçimində sadəcə yerin deyil, eyni zamanda orada yaşayan insanların da önəmi vardır.

Rəqiblərinizə baxın

İş yerinizi açmağa qərar verdikdən sonra rəqiblərinizi araşdırmaq lazımdır. Rəqib firmalar iş yerlərini harada açdılar, harada toplandılar və necə analiz etdilər suallarına cavab tapmalısınız. Özünüz rəqib firmaların müştərisi olun və araşdırın. Çünkü, onlar bunu ediblər ve uğur qazanıblar. Niyə həm onlardan nümunə götürüb, həm də özünüz əlavələr edərək ön plana keçməyəsiz?Etdiyiniz hər araşdırma sizin xeyrinizə olacaq. Bunu unutmayın.

Nəqliyyat yaxın olmalıdır

İş yerinizi seçərkən nəqliyyatın yaxın olmasına diqqət etməlisiniz. İnsanlar həm sizə rahat çata bilməli, həm də tıxac problemini minimum səviyyədə yaşamalıdır.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...