“macOS” istifadəçiləri təhlükə siqnalı

Date:

Paylaş:

“Doktor Veb” antivirus istehsalçısı “macOS” əməliyyat sisteminin istifadəçiləri üçün təhlükə yaradan zərərverici proqram təminatı haqda məlumat verib.

“Mac.BackDoor.Siggen.20” virusu kənar serverdən “Python” proqramlaşdırma dilində yazılmış zərərverici kodu yükləməyə və onu icra etməyə imkan verir. Bundan başqa, bu zərərverici proqram təminatını yayan saytlar, həmçinin “Windows” əməliyyat sistemi istifadəçilərini təhlükəli casus troyan virusu ilə yoluxdurur.

Bekdor saytlar vasitəsilə qurğulara düşür. Belə bir resurs mövcud olmayan insanın portfoliosundan ibarət sayt-vizitka kimi tərtib edilib.

“macOS” sistemli qurğular “Mac.BackDoor.Siggen.20”, “Windows” əməliyyat sisteminin idarəetməsi altında işləyən qurğular isə “BackDoor.Wirenet.517” (NetWire) virusuna yoluxur.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...