Macarıstan agentliyi rəqabət məsələlərinə görə “Facebook”u 4 mln.dollar cərimə edib. Belə ki, şirkət guya istifadəçilərə xidmətin ödənişsiz olmasını bildirərək onları aldadıb. Bu barədə Associated Press xəbər verir.
Qeyd edək ki, bununla belə sosial şəbəkədə xidmətin pulsuz olmamasını təsdiqləyirlər.
Macarıstan agentliyinin fikrinə görə, “Facebook” istifadəçiləri həqiqətən də birbaşa ödəniş etmirlər. Amma onlar “Facebook”un onların məlumatlarını toplayıb istifadə etməsinə görə ödəniş ediblər.
Bu məlumat “Facebook” üçün müştərilərinə reklam satmaq imkanı yaradıb. Bununla belə reklam onun istifadəçilərin paylaşımlarında yerləşdirilməsi ilə istehlakçılara çatıb.
Macar agentliyi bildirib ki, “Facebook”dan pulsuz istifadə xəbəri istehlakçıları kompensasiyadan yayındırır.
Qeyd edək ki, 4mln. dollar cərimə Macarıstan tarixində istehlakçıların hüquqlarının qorunması ilə bağlı olan ən böyük məbləğli cərimə hesab edilir.