Məşhur startaplar: müxtəlif biznes sahələri üçün 5 ideya

Date:

Paylaş:

Öz biznes-layihənizi inkişaf etdirməyə sizə nə mane olur? Bu həqiqətənmi belə çətindir? Startapınız unikal, uğurlu və tanınmış olacaqmı? Səhmdar dəstəyi alacaqsınızmı? Bütün bu tərəddüdlü suallar öz işindən gəlir əldə etmiş bugünki uğurlu və məşhur startapçıları dayandırmyıb. Diqqətinizə orijinal startap layihələri çatdıraq : çoxlu auditoriya qazanan və səhmdarların diqqətini çəkən 5 fərqli biznes-ideya.

1 . Məişət texnikası – Molekule hava təmizləyicisi

Tozu heç kim sevmir. Molekul da məhz buna görə yaradılıb: innovativ hava təmizləyicisi. O tozları götürmür, lakin onu molekulyar səviyyədə yox edir! Bu, allergiyadan əziyyət çəkən insanlar üçün həyat keyfiyyətinin artırılması baxımından əla imkandır. Bundan başqa, bütün potensial müştərilər üçün  evin təmizliyini təmin edir. Cihaz həm də Wi-Fi-a qoşulur və smartfonun köməyi ilə məsafədən idarə oluna bilir.

2 .Nəqliyyat: pilotsuz yük avtomobilləri

Bir vaxtlar Juno və Uber də startap olublar, indi isə onlar sərnişin daşımaları üzrə dünya lideridirlər. Nəqliyyat yenilikləri ənənəsini Otto şirkəti də dəstəkləyib: keçmiş Google əməkdaşları hal-hazırda irihəcmli yüklərin daşınmasını asanlaşdırırlar və bunun üçün pilotsuz yük avtomobilləri texnologiyasını hazırlayıblar. Bu texnologiya 2013-cü ildən bəri çıxan istənilən yük avtomobilini özü hərəkət edən maşına çevirməyə imkan verir. Belə gözlənilir ki, bu, həm nəqliyyat şirkətlərinə həm də onların müştərilərinə pula qənaət etmələrinə kömək edəcək.

3 . Marketinq: “Leantegra”

“Yaxın” marketinq çox sürətlə məhşurlaşmaqda davam edir. Çünki, o, müştərinin yerləşdiyi əraziyə əsaslanır. Onu müştərilər, marketoloqlar və brendlər üçün daha da faydalı etməkdən ötrü startap komandası Leantegra sistemini yaradıb. Onu Odessadan olan proqramçılar təklif ediblər. Leantegra Bluetooth vasitəsilə münasib reklamları göndərmək üçün müştərilərin geolokasiyası (məkan və zaman) barədə məlumat toplayır.

4 . Mehmanxana biznesi: Recharge, dəqiqəsinə ödəniş olunan otellər

Startaplardan bəhs edərkən , bildirmək olar ki, Amerika əvvəlki kimi uğurlu biznes-ideyaların əsas yaradıcısı olaraq qalır. ABŞ-dan olan startapçı uzaq olmayan bir yerdə qısamüddətli istirahət etmək istəyən insanlar üçün unikal həll yolu işləyib hazırlayır. Onun startapı bütün adi otel rahatlığı ilə təmin olunmaqla qısa zaman ərzində istirahəti mümkün edir. Recharge – otel nömrəsində 1 dəqiqə qalmağa görə cəmi 0,67 dollar ödəniş tələb edir. Siz başqa şəhərdə vacib görüşdən qabaq oteldə yarım saatlıq bahalı nömrə bron edərdənizmi? Xeyr, yəqin ki. Amma uzun yoldan sonra duş qəbul edib rahat çarpayıya uzanmağı çox güman ki, istəyərdiz. Məhz buna görə də bu yeni otel xidməti çox imkanlar vəd edəndir.

5 . Geyim: Xpand Quick Release System

Ayaqqabı bağlarının tez-tez açılmağı heç kimə xoş gəlmir. Xpand Quick Release System də məhz buna görə yaradılıb. Sistem adi ayaqqabı bağlarına yeni baxış təklif edir, belə ki, onları sadəcə sıxmaq kifayətdir ki, daha açılacaqlarına və ya çirklənəcəklərinə görə narahat olmayasan.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...