Məşhur sahibkarların analarından aldıqları 11 möhtəşəm dərs

0
708

Ən yaxşısını analar bilər.

Bəzi sahibkarlar kitablar sayəsində yetişdiklərini iddia etsələr də, həyatlarında analarının çox böyük rolu olduğundan heç kimin şübhəsi yoxdur. Analarımız biz hələ balaca olarkən gələcəkdəki uğurlu həyatımız üçün toxumlar səpməyə başlayıblar. Bizə də o toxumlardan yetişmək düşər. Bütün anaların “Analar Günü” mübarək olsun!

1) Sürətli və operativ düşün. (Riçard Branson)

“Virgin” Qrupunun təsisçisi Riçard Branson çevik olmağı onun bir dəfə anası tərəfindən yolun kənarında buraxılıb evə qayıtmaq yolunu tapması üçün cəzalandırıldığında öyrəndi. Branson bu vaxtı 4 yaşında idi.

“İki ayağımızın üstündə durmağımızı istəyirdi. Zəif olmağımızı yox”.

2) İntuisiyanın arxasınca get. (Sarah Kauss)

Su şüşəsi dizaynları ilə önə çıxan “S’well”in təsisçisi Sarah Kauss anası ona həyatdan nə istədiyini soruşduqdan sonra mühasiblik karyerasını tərk etdi. Kauss təkrar istifadə oluna bilən və dəbə uyğun şüşə dizaynını anasına göstərəndə anası onu bu işə girməsi üçün cəsarətləndirmişdi.

3) Çox çalışmağı heç bir zaman tərk etmə. (Elon Mask)

Elon Maskın anası Maye övladlarını hər işin öhdəsindən gələ biləcək şəkildə yetişdirmişdi. “Vanity Fair”də model və qidalanma mütəxəssisi olan Maye belə deyir:

“Çox çalışmaları lazım olduğunu bilərək böyüdülər. Həmçinin, nə qədər çox çalışsalar, o qədər çox uğurlu olacaqlarını deyirdim.”

4) Məsuliyyətli ol. (Daymond John)

Geyim şirkəti “FUBU”nun CEO-su Daymond Con anasından məsuliyyətli olmağı və öz səhvlərini öz üzərinə götürməyi öyrəndiyini söyləyir.

5) Sevdiyin işin arxasınca get. (Mark Zukerberq)

“Facebook”un təsisçisi Mark Zukerberq rəqəmlərdən çox xoşu gələrdi. Buna görə anası Marka hələ 10 yaşında olarkən “Atari 800” kompüterini hədiyyə etdi və Markın kodlaşdırma dünyası ilə tanışlığı başladı.

“Ailəm bizə hər zaman etmək istədiyimiz şeylərlə bağlı bizə dəstək oldu. Sadəcə, əlimizdən gələnin ən yaxşısını etməyimizi istədilər”.

6) Pul qazanmağın minlərlə yolu var. (Ben Çestnat)

“Mailchimp”in təsisçisi Ben Çestnat anasının hər zaman “bir az daha çox pul qazana bilmək üçün nələr edə biləcəyinə” dair ehtiyat planları olduğunu bildirir. Buna həyətindəki bitkiləri satmaq da daxildir.

7) Həmişə daha çoxu üçün vaxt vardır. (Angela Ahrendts)

İllik əmək haqqısı 73 milyon dollar olan (2014) “Apple”ın vitse-prezidenti Angela Ahrendts anasından həmişə son bir mail göndərmək üçün vaxt olduğunu öyrənmişdir. Ahrends anası haqqında bunları deyir:

“Anam bizə bir gün ərzində və hətta, həyatımız boyunca əslində nə qədər çox şey edə biləcəyimizi göstərdi”.

8) Eyni vaxtda bir neçə iş edə bilmək şişirdilmiş bir şeydir. (Arianna Huffigton)

Hazırda özü də bir ana olan “HuffPost”un həmtəsisçisi Arianna Huffigton anasından bir işi həll edə bilmək üçün fokuslanmağın nə qədər lazımlı olduğunu öyrənmişdir.

“Anam həyatda tələsməməyi və onun yerinə sadəcə bir işə 100% fokuslanmağı məsləhət görərdi”.

9) Gülümsə. (Paul Spiegelman)

Yazıçı və “BeryHealth”in sabiq CEO-su Paul Spiegelman-a karyerasında köməkli edən şey anası sayəsində qazandığı pozitivlik idi.

“Mən əslində uşaqlıqdan son dərəcə ciddi bir uşaq idim. Anam həmiş gülümsəməyin lazım olduğunu xatırladardı. Hazırda isə, “iş həyatında gülümsəmə” ilə bağlı iki kitabın müəllifiyəm”.

moneta.az