Məşhur reper özü də bilmədən bitkoin milyoneri olub

0
1052

Amerikalı reper 50 Cent (öz adı: Curtis James Jackson III) öz sonuncu albomunu kriptovalyuta qarşılığında sataraq 7 milyon dollar qazanıb.

 Öz Instagram səhifəsində reper qeyd edib ki, ümumiyyətlə öz bitcoinləri barəsində unudub. Reper 2014-cü ildə öz Animal Ambition adlı albomunu kriptovalyuta qarşılığında satmışdı. Həmin vaxtda 50 Cent 400.000$ qazanmışdı. Belə ki, bitcoinin qiyməti 662$ təşkil edirdi.
Öz albomunu satdıqdan sonra reper sadəcə olaraq əldə etdiyi bitcoinləri dollara çevirməyi unutmuşdu. Lakin sonradan ona məlum oldu ki, əslində o, 7 milyon dollar dəyərində vəsaitin sahibidir.
Bitocinlə bağlı məlumatı reper öz Instagram hesabında təsdiq edib. Belə ki, o öz Instagram hesabında kriptovalyuta ilə bağlı məqalənin screenshotunu paylaşıb və qeyd edib ki, sadəcə olaraq bitcoinlərə sahib olduğunu unudub. Lakin hal-hazırda o özü ilə qürur duyur.
©banker.az