Məşhur milyaderin holdinqinə hücum olub

Date:

Paylaş:

Rusiyada Türkiyə biznesinin ən iri nümayəndəsi “Renessans” holdinqinə hücum olub. Vergi orqanları şirkətə qarşı 5,2 milyard rublluq iddia qaldırıblar, həmçinin şirkətin nümayəndəsini- Azərbaycan vətəndaşını tutublar.

Holdinqin sahibi Erman Ilıcak 3,3 milyard dollarlıq varidatla Türkiyənin ən varlı insanlarındandır. Onun Rəcəb Tayyib Ərdoğanla çox yaxın münasibətləri var və bir çox Rusiya-Türkiyə iqtisadi danışıqlarında fəal iştirak edir.

Erman Ilıcak
Erman Ilıcak

İyunun 10-da Peterburq şəhəri üzrə Federal vergi xidməti idarəsi bu şəhərdə qeydiyyatdan keçmiş “Renessans Hevi İndastris” (RHİ) MMC-nin apellyasiya şikayətini təmin etməyib. Aprelin ortalarında səyyar yoxlamanın nəticələrinə görə şirkət 5,2 milyard rubl cərimələnib və bundan sonra iş adamları yuxarı instansiyaya müraciət ediblər.

Yoxlamalar 2017-ci ildən başlayaraq aparılıb və yoxlamanın subyekti olan illərdə – 2013-2015-ci illərdə RHİ Rusiyanın neft-kimya müəssisələrinin tikintisində baş podratçı olub.

Renessans holding
Renessans holding

Şirkət subpodratçılara obyektlərdəki işlərə görə ödənişlər etdiyi görüntüsünü yaradıb, əslində isə subpodratçılara pulları daha yüksək tariflə köçürərək, tikinti ilə özü məşğul olub – belə daha ucuz başa gəlir. Vergi işçilərinin fikrincə, ödənişə yönəldilən pullar nağdlaşdırılıb. Onlar qismən inşaatçıların qeydiyyata alınmayan maaşlarının ödənilməsinə, yerdə qalan hissə isə xaricə gedib. Bu vəsaitlərin son ünvanı BƏƏ ola bilər.

Mənbə xəbər verir ki, məhkəmənin qərarı ilə bu şirkətin Rusiyadakı nümayəndəsi – Azərbaycan vətəndaşı Ruslan Əsgərov həbs edilib. O, “Renessans” holdinqinə daxil olan bir neçə şirkətin keçmiş baş direktoru kimi tanınır.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...