Məşhur investor Peter Linçin səhm almaq istəyənlərə 6 məsləhəti

Date:

Paylaş:

1. “İnvestisiya edəcəyiniz şirkətlər haqqında çoxlu məlumat əldə edin”

Səhm almaqda əsas məqsəd şirkət dəyər qazanan zaman mənfəət əldə etməkdir. Lakin bir şirkətdən səhm alan zaman o şirkətə ortaq olmuş olursunuz. Heç kim xidmətlərini, məhsullarını, nə vəziyyətdə olduğunu bilmədiyi şirkətə ortaq olmaz istəməz. Bu səbəblə Peter Linçə görə səhm alan zaman şirkət haqqında geniş məlumat əldə edilməlidir.

2. “Tanımadığınız şirkətlərə investisiya etməyin”

Linç tanımadığınız şirkətlərə sərmayə yatırmağın çox riskli olduğunu söyləyir. Tanınan və bilinən bir çox şirkətin, adı-sanı və nə etdiyi bəlli olmayan şirkətlərə nəzərən daha zəmanətli olduğu bir faktdır.

3. “Başqalarının düşüncələrinə görə sahib olduğunuz səhmləri satmayın”

Peter Linç söz-söhbətlər və ya xalq arasında yaranan ümumi şaiələr üzündən əllərindəki səhmləri sürətli şəkildə satmamaları mövzusunda sərmayəçiləri xəbərdar edir. Bunun yerinə nələr olduğundan həqiqətən əmin olduqdan sonra və sakit qalaraq məntiqli bir qərar qəbul edə bilər, söz-söhbətlər doğrudursa bir çıxış strategiyası planlaya bilərsiniz.

4. “Səhmlərin mənfəət gətirməsini gözləyərkən səbrli olun”

Şirkəti təyin etdikdən sonra səhmləri alıb satma zamanını da təyin etməyiniz lazımdır. strategiyanızı təyin etməniz lazımdır. Bazardakı qısa müddətli dalğalanma sahib olduğunuz səhmləri əlinizdən çıxara bilər. Uzun müddətli yatırımlara daha çox üstünlük verin və səhmlərin gəlir gətirməsində səbrsiz davranmayın.

5. “Hər kəsin aldığı səhmləri almayın”

Hər kəsin sərmayə yatırdığı şirkətin səhmlərini almayın. Başqalarına və ya birja mütəxəssislərinə aldanıb hər kəsin sərmayı yatırdığı şirkətlərin səhmlərini almaq yerinə şirkəti özünüz təyin edin.

6. “Birjadakı enişlərdən də yararlanın”

Məşhur investor Warren Buffett kimi Peter Linç də enişləri qiymətləndirə bilən və aşağı qiymətlərdə almağa üstünlük verən biridir. Linç investorların birjadakı enişləri qiymətləndirmələri lazım olduğunun vurğulayır.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...