Türkiyəli məşhur futbolçu Əmrə Bəlözoğlu həyat yoldaşına villa hədiyyə edib. Lent.az sözcü.com.tr-yə istinadən xəbər verir ki, “Başakşehir”in kapitanı yenicə övlad dünyaya gətirmiş xanımına dəyəri 3,1 milyon türk lirəsi olan ev bağışlayıb.
Bildirilir ki, futbolçunun xanımı Tuğba Belözoğlu bir neçə gün əvvəl üçüncü uşağı dünyaya gətirib. Yeni doğulan qıza Leyla adı verən cütlük əvvəllər olduğu kimi bu uşağın da dünyaya gəlməsi ilə əlaqədar ev alıb.