Məşhur brendlərin ən gülməli “fake”ləri

Date:

Paylaş:

“Reddit”də “Crappy Off Brands” səhifəsi məşhur brendi gülməli formada məharətlə saxtalaşdıran şirkətlərin nümunələri ilə zəngindir.

Məsələn, hamının tanıdığı “Oreo” və “Pepsi” markaları nədənsə “Neo” və “Popsi”yə çevrilib.

Bəs siz heç indiyədək “Mike” krossovkaları görmüsüz?

Sizə yaxşı marketinq və “kreativliyin” istənilən kommersiya plagiatını necə “gizlədə” biləcəyinə dair bir neçə maraqlı nümunə təqdim edirik.

İstehsalçılar sanki qəsdən öz “ilham pərilərini” gizlətmədən tanıtdırmaq istəyirlər.

Bu, məşhur “Hugo Boss” ətrinin saxta variantıdır və “Hello Boos” adlanır. Foto “Rebelkids” adlı istifadəçi tərəfindən dərc olunub.


Bu, “Nike” krossovkaları olmalı idi, amma sanki nəsə səhv gedib və “N” hərfinin yerinə “M” hərfi düşüb. Bu şəkli “TheRea1Duck” adlı istifadəçi paylaşıb.


Çox normal stəkanlardır, lakin üzərində “Pepsi” əvəzinə, nədənsə “Popsi” yazılıb. Şəklin müəllifi — “Eggplant_the_kind” adlı istifadəçidir.

Çox güman ki, burada “Toms” yazılmalı idi, amma gördüyünüz ayaqqabılar “Bobs” markasındandır.

“Mountain” nə? Məşhur “Mountain Dew” qazlı içkisi nədənsə “Mountain Frost” olub, lakin orijinal versiyanın rəng qamması və qablaşdırma xüsusiyyətləri saxlanılıb. Fotonun müəllifi isə “Jackhendoes”dir.

Yox-yox! Bu “Samsung” deyil, “Sawsnug”dır. Foto “Lssjgaming” adlı istifadəçi tərəfindən yerləşdirilib.

Demək olar ki, fərq yoxdur. İstehsalçı eyni məhsulun satışı üçün “Oreo” markasının adını “Neo” ilə əvəz edib. Müəllif “Limw2000″dir.

Bu isə məşhur “Cenqa” oyununun “Yıxılan qala” adlı analoqudur.

“Pikabu” adlı istifadəçi isə belarusiyalı marketoloqların feyklərini paylaşıb:

Məşhur “Snickers” şokoladı “Shoker’s”ə çevrilib. Ümid edirik, onun dadı çox da şoka salmır.

“Colgate” diş pastası artıq dəbdə deyil, “Coolwhite”i seçə bilərsiz. Maraqlıdır ki, burada da qablaşdırmanın xüsusiyyətləri saxlanılıb.


Sevimli restoranlarınızın adının bu cür dəyişəcəyi ağlınıza gəlməzdi.

“Starbucks” banisi “övladının” adının “Starfucks” halına salınacağını görsəydi, qan ağlayardı.

Loqotipin keyfiyyətinə diqqətə baxın. Yazıq polkovnikin üzü nə hala düşüb?! Dünyaca məşhur “KFC” restoranlar şəbəkəsi  burada nədənsə “KFG”yə çevrilib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...