Məşhur brend kişilər haqqında klişəni lağa qoyub

Date:

Paylaş:

“Unilever”ə daxil olan Pond’s brendi kişilər haqqında klişəni lağa qoyub. Reklam çarxının hazırlanmasında “Ogilvy Singapore” agentliyi iştirak edib.

Bu haqda “The Drum” nəşri yazıb.

Bütün video çarx boyunca iki nəfər bir-birinə yumruq vurur. Onlardan biri iri “alfa-ərkək” (güclü və lider xüsusiyyətləri ilə fərqlənən -red.) digəri isə gənc və arıq oğlandır. Videonun sonunda hamının gözlədiyinin əksinə, arıq olan oğlan qalib gəlir. Qələbənin səbəbi onun üzü üçün istifadə etdiyi dəriyə qulluq vasitəsi göstərilir.

“Ogilvy Singapore”un kreativ direktoru “The Drum” nəşrinə deyib ki, onlar qəsdən belə konseptdən istifadə ediblər. Kişilər heç də alfa-ərkək olmağa can atmırlar.

Qeyd etmək yerinə düşər, daha əvvəl dəriyə qulluq vasitələrinin istehsalçı “Gillette” transgenderin iştirakı ilə reklam filmi çəkmişdi. Şirkət bununla gender bərabərsizliyi probleminə diqqət çəkmək istəyirdi.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...