Məşhur Azərbaycan brendi dünyaya açılır

Date:

Paylaş:

İstanbulun “Zorlu Center” ticarət mərkəzində 12-15 sentyabr tarixləri arasında “Mercedes-Benz Fashion Week” dəb həftəsi keçirilib. Tədbirin son günü-sentyabrın 15-də Türkiyədə yaşayan dünya şöhrətli azərbaycanlı model Rüfət İsmayılın “Naz by Rufat Ismayil” moda evinin geyim kolleksiyası nümayiş edilib.

1news.az-ın məlumatına görə, “Naz” moda evi tanınmış azərbaycanlı dizayner Fəridə Məmmədova tərəfindən təqdim olunub. Onun əsas məqsədi azərbaycanlı dizaynerlərin işini dünyaya tanıtmaq və yüksək moda sahəsinə töhfələr verməkdir.

“Fusion” adlı kolleksiyada 2018-ci ilin yaz-yay mövsümünün geyimləri nümayiş edilib. “Naz by Rufat Ismayil” moda evinin qadın geyimləri kolleksiyası 1800-cü illərin obrazlarından ilhamlansa da, buraya müasir çalarlar əlavə edilib.

Moda nümayişində Türkiyənin populyar modelləri – Çağla Şikel, Özge Ulusoy, Şebnem Şefferlə yanaşı, qardaş ölkədə yaşayan və fəaliyyət göstərən azərbaycanlı model Günay Musayeva da iştirak edib.

“Naz by Rufat Ismayil” moda evinin kişi geyimləri kolleksiyasını isə kikboks üzrə dünya çempionu Avatar Atakan təqdim edib.

Qeyd edək ki, “Mercedes-Benz Fashion Week” hər il müxtəlif ölkələrdə keçirilir. Dəb həftəsi Rusiya, Almaniya, ABŞ, Türkiyə, Avstraliya və digər ölkələrdə təşkil olunub.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...