Məktəbli Apple şirkətindən iş təklifi alacağına ümid edərək şirkətin serverlərini hack edib

Date:

Paylaş:

Avstraliyanın Adelaida şəhərindən olan məktəbli Apple şirkətindən iş təklifi alacağına ümid edərək şirkətin serverlərini hack edib. 2014-cü ildə də bu cür hadisə baş vermişdi. Həmin vaxtda 17 yaşlı məktəbliyə Apple şirkəti tərəfindən iş təklif edilmişdi. Lakin bu dəfə eyni hadisə baş vermədi. Bu barədə Engadget saytına istinadən Gagadget saytı xəbər verib. Adelaida şəhərindən olan şəxsin Apple mainframe-lərini hack etməyə başlayanda 13 yaşı var idi.

Bir neçə ildən sonra o bu hadisəni yenidən təkrarlayıb. Lakin həmin vaxta kimi Apple şirkəti artıq FBI-ya bu məsələni bildirib və həmin məktəbli polis tərəfindən tutulub. Baş vermiş məhkəmə prosesi nəticəsində məktəbli iki kiberhücum ilə və Apple şirkətinin daxili sənədlərinin yüklənmsəi ilə günahlandırılıb. İttiham olunan öz səhvlərini boynuna alıb və sadəcə olaraq Apple şirkətindən iş təklifi əldə etmək istədiyi üçün bunu etdiyini bildirib. Məhkəmənin qərarına əsasən məktəblinin ailəsi 500 avstraliya dolları (346$) cərimə ödəməlidir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...