Məhşur “Terminator” Arnold Şvarsneqqerdən 11 həyat dərsi

Date:

Paylaş:

Şvarsneqqeri tanımayan yoxdur – dünyanın ən məhşur kulturisti (bodibildinqlə məşğul olan), Terminator və Kaliforniyanın keçmiş qubernatoru. Amma çox az adam onun həm də uğurlu bir iş adamı olduğunu bilir.

Şvarsneqqer milyonçu olanda hələ 30 yaşı da yox idi. Bu, Hollivudda karyerasını qurmamışdan qabaq olub. İlk milyonunu daşınmaz əmlaka qoyduğu puldan əldə edib.

İlk alışdan əvvəl onun elə də çox pulu olmayıb. Arnold agentə etibar etmirdi və bir il ərzində daşınmaz əmlakın satışı ilə bağlı elanları nəzarətdə saxladı, qiymətləri və onların dəyişməsini təhlil etdi. O, bu sahədə irəliləmək və yaxşı yatırım etmək istəyirdi.

Onun biznes fəaliyyətinin çoxçeşidliliyi insanı heyrətə gətirir. Bundan başqa, istənilən bir işə olan güclü həvəsi ondan da daha heyrətləndirici təsir bağışlayır.

Uğurlu insanları ortaq bir cəhət birləşdirir – işə münasibət. Zəhmət və iş onlar üçün sanki nəfəs almaq kimi bir təbii ehtiyacdır. Bir işdə irəli gedən kimi o birinə keçirlər. Və əgər nəsə alınmasa bu, bir az da təkmilləşməyə təkan verir. Arnold belələri baxımından ən yaxşı nümunədir:

Hər işdə bir xeyir ola bilər

Hərbi xidmətdə olarkən Arninin başına çoxlu hadisələr gəlir. Bir dəfə onun günahı ucbatından tank anqarın (təyyarələrin saxlandığı və təmir olunduğu tikili) divarına çırpılır və onu dağıdır. O, divarı düzəltməli, xidmətçi geyimində kartof təmizləməli və yoldaşlarının uzun-uzadı təhqirlərini dinləməli olur.

Amma özünün sözlərinə görə, heçnə onun əhvalını korlamadı. Əksinə o bundan dərs aldı – sement hazırlamaq və kərpic hörmək.

Zəif nöqtələrə diqqət yetirmək lazımdır

Qol əzələləri, sinə, kürək və omba hissələri Svarsneqqerin həmişə ən güclü nöqtələri olub, amma baldır əzələlərinin zəif olması onu çempion adına namizədlikdən məhrum etmişdi.

Hər bir insan təbii olaraq bacardığı işlə məşğul olur. Məsələn, əgər qol əzələlərin yük qaldırmağa imkan verirsə, zalda da ancaq onu məşq etdirmək istəyirsən. Arnold bir çox kulturistlərdən fərqli olaraq tələyə düşmək istəmirdi. O, bilirdi ki, zəif nöqtələrinə diqqət etməlidir.

Baldır əzələlərini inkişaf etdirmək üçün  gələcək Mister Olimpiya bütün idman şalvarlarını dizə qədər kəsmişdi. Beləcə bədəninin bütün güclü əzələli hissələrini paltar altında gizlədib bir tək baldırlarını hamıya göstərirdi.

Bekar qalmaq olmaz

Şvarsneqqer Beynəlxalq Bodibildinq Federasiyasının yaradıcısı və kulturizm üzrə tanınmış məşqçi  Joe Weider-in dəvəti ilə Amerikaya gəlir.

Joe-nin öz zalı vardı və o, kulturistlərə ancaq məşq və  yarışlarda çıxış edə bilmələri üçün kifayət edə biləcək qədər az pul verirdi. Və kulturistlərin əksəriyyəti də bekarçılıq imkanından çox böyük sevinclə istifadə edib bütün vaxtlarını trenajorlarda keçirirdilər.

Amma Arnoldun Joe-də olan kulturizm jurnalından və ağır atletlər üçün qida əlavələri satılan mağazalarından çox xoşu gəlmişdi. Gərgin iş onun ürəyindən idi və o, biznesi daha da yaxşı dərk etmək  və eyni zamanda ingilis dilində danışığını təkmilləşdirmək üçün dərhal mağazada işləmək fikrinə düşdü.

Dayanmaq bilmədən zəhmətlə çalışdığına görə onu zarafatyana “Alman maşını” adlandırırdılar, həmişə işləyən və heç vaxt xarab olmayan, güvənli və dözümlü.

Daim tərəqqiyə can atmaq lazımdır

Şvarsneqqer artıq bütün bodibilderləri çox-çox geridə qoyduğundan və hələ ki, çempion tituluna görə narahatlığa gərək olmadığına arxayın olduqdan sonra dərhal başqa işlərə yönəldi. Görməyə hazırlaşdığı işlərin hamısını ayrıca vərəqələrdə qeyd etdi. Sonra uğura gedən yollarla, onları gündəlik işlərə necə uyğunlaşdırmaqla maraqlandı və işə başladı. İlk məqsədləri arasında bunlar yer alırdı:

Kollecdə əlavə 12 kurs keçmək.

5000 dollar kənara qoymaq üçün kifayət edəcək qədər pul        qazanmaq.

Ev almaq və ora köçmək.

“Yox” deməyi bacarmaq lazımdır

1970-ci illərdə Arnolda,  ilinə 200 min dollar maaşla trenajor zallarının əsas şəbəkəsinə rəhbərlik etmək təklif olunur. Bu, o zamanlar üçün böyük pul idi, amma o bundan imtina etdi. Onda Şvarsneqqer anlamışdı ki, Hollivud filmlərində çəkilmək istəyir. Trenajor zallarını idarə etmək çox yaxşı bir təklif idi, amma heç bir halda ona kino aləminə gedib çıxmaqda yardımçı olmadı.

Yenilikçi olmaq lazımdır

İlk dəfə çəkiliş meydançasına çıxanda o artıq dünya üzrə ən mükəmməl biri deyil, yeni başlayan aktyorlar sırasından adi birisi olduğunu qəbul edib bununla barışmalı olur. Belə ki, qürurunu sındırır və özünə səslənir : “Deməli belə, sən sıfırdan başlayırsan. Bu işdə bir heçsən. Dahi aktyorların əhatəsində sən sadəcə bir zərrəciksən”.

İqtisadi azadlığa can atmaq lazımdır

Artıq qeyd etdiyimiz kimi, Şvarsneqqer hələ 30 yaşı tamam olmamış artıq milyonçu idi. Joe Weider-in imperiyasında işləməklə yanaşı başqa fəaliyyətlərlə də məşğul olurdu. İlk kapitalını, dostu ilə birgə evlərin təmiri üzrə açdığı tikinti şirkətindən qazanır.

1971-ci ildə Los-Angelesdə baş verən zəlzələ çoxlu dağıntılar törədir. Arnold gəlirinin böyük bir hissəsini daşınmaz əmlaka qoyur və çox tez bir zamanda əvvəlcə bir mənzilli binanın daha sonra isə bütün bir kvartalın sahibi olur.

Amma bu, “Alma maşını”na azlıq edirdi. O, bodibilderlər üçün alətlər və videomaterialların poçt göndərişi xidmətini uğurla istifadəyə verir. Şvarsneqqer kinoya çəkilməyə başlayanda artıq çoxlu pulu var idi və ona görə də lap əvvəldən tam rahatlıqla ancaq istədiyi filmlərdə çəkilməyə qərar verdi.

Yatırım etmək lazımdır       

Arnold həmişə belə hesab edirdi  ki, əsas olan insanın pulu necə qazanması deyil, onu necə xərcləməsi və necə artırmasıdır. O, öz pullarını xərcləyən və ya pis rəhbərlərinə güvənən idmançılardan, yaxud  tanınmışlardan biri olmaq istəmirdi.

Təkcə varlanmaq yox, zəngin olaraq qalmaq da vacibdir, bunun üçünsə istənilən bir insanın biznesdən anlayışı olmalı və o, pullarının sayını bilməlidir.

Arnold Şvarsneqqer Coca-Cola, Pfizer və sair bu kimi bir çox tanınmış şirkətlərin səhmlər portfelinə malikdir və buna həsəd aparmamaq mümkün deyil. O, Joe-nin yanında işləməklə və biznes qurmaqla kulturizmlə məşğul olduğu zamanlarda əldə etdiyi bacarıqları tətbiq edərək daim filmlərin yayımlanmasına çalışıb. Terminator heç vaxt kənar adamlara nə öz pulunu nə də şöhrətini etibar etməyib.

İnsanların xoşuna gəlmək lazımdır

Kaliforniya qubernatorluğu postuna ilk seçki kompaniyasından əvvəl Arnold belə bir çox yaxşı məsləhət alır: “İnsanlar sənin dediklərini deyil, onların xoşuna gəlib-gəlmədiyini yadda saxlayırlar”.

 

Təcrübə toplamaq lazımdır

Arnold öz kitabında yazır ki, hər şey təkrardan və təcrübədən asılıdır. Əgər yaxşı xizək sürmək istəyirsənsə mütəmadi olaraq yamaca çıxmalısan. Şahmat oynaya bilmək üçün min partiya oynamaq lazımdır. Kinoya çəkilmək istəyirsənsə dəfələrlə buna hazırlaşmalısan. Ardınca isə nə olacaqsa olacaq.

Gördüyün işi sevməlisən

Məqaləni elə Arninin öz sözləri ilə bitirmək istəyirik: “Həyatımın rəngarəng olması xoşuma gəlirdi. Bir gün mən inzibati bina və ya ticarət mərkəzi inşa edən podratçılarla görüşürdüm və  maksimum faydalı meydançaları necə əldə etməyi müzkirə edirdim. Razılıq əldə etmək üçün bizə nə lazımdır? Layihənin məqsədi nədir?

Növbəti gün mən son kitabımın naşiri ilə orada hansı şəkillərin olması ilə bağlı söhbət aparırdım. Sonra Joe ilə onun jurnalı üçün material üzərində işləyirdim. Bundan sonra isə mənim kino ilə bağlı görüşüm olurdu. Yaxud da  Fredi Gerstl və onun dostları ilə siyasətdən danışmaq üçün Avstriyaya yollanırdım.

Gördüyüm bütün işlər hər hansısa bir mənada hobbi kimi idi. Bütün bunlara çox böyük həvəs göstərirdim. Həyat mənim üçün bitmək bilməyən həyəcandır; yaşamaqla sadəcə mövcud olmaq arasındakı fərq də məhz bundadır”.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...