«Absheron Hotel Group» koronavirus infeksiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək olaraq «Bulvar Hotel»i mart ayının 24-dən etibarən müvəqqəti Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın istifadəsinə verir.
Bu barədə «Absheron Hotel Group»dan məlumat verilib.
Oteldə koronavirusla mübarizə tədbirləri üzrə görülən tədbirlərin bütün xərcləri «Absheron Hotel Group» tərəfindən ödəniləcək.
APA.